Prezident sosial şəbəkələri qadağan etdi
Ukrayna prezidenti Pyotr Poroşenko Rusiya Federasiyasına qarşı sanksiyaların genişləndirilməsi haqqında Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarını təsdiqləyib.
Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, bu haqda dövlət başçısının saytında dərc edilmiş fərmanda deyilir.
Sanksiyaların genişləndirilmiş siyahısına 1228 fiziki və 468 hüquqi şəxs daxil edilib. Hüquqi şəxslərə qarşı sanksiyaların müddəti üç ilə qədər, fiziki şəxslər üçün isə bir, üç, beş il və müddətsiz uzadılıb.
Fərmanın əlavə hissəsində deyilir ki, sanksiyalar çərçivəsində həmçinin "Yandeks”, "Mail.ru”, həmçinin "Vkontakte” və "Odnoklasniki” sosial şəbəkələrinin fəaliyyəti Ukraynada qadağan edilib.
"Yandeks” axtarış sisteminin əsas səhifəsi qadağa altına düşməyib. Amma bütün xidmətlərə blok qoyulub.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər