• $ 1.7
  • € 1.9924
  • ₽ 0.021118
  • ₺ 0.0397
  • £ 2.2778

"ÜAK-ın ləğvi Rusiyanın da dövlət maraqlarına vurulan zərbədir"

17.05.2017 22:56
"Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğvi təkcə Azərbaycanın deyil, həm də Rusiyanın dövlət maraqlarına vurulan zərbədir".

Anews.az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Sahib Alıyev deyib.

Onun sözlərinə görə, ÜAK-ın qeydiyyatının ləğvi məsələsinin arxasında müxtəlif məqsədlər dayana bilər.

Deputat bildirib ki, məqsədin nədən asılı olmasına baxmayaraq, bu ilk növbədə Rusiya hakimiyyətinə, prezident Vladimir Putinə qaşı edilən "ayı" xidmətidir:

"Təbii ki, bu, iki ölkə arasındakı əlaqələrə təsirsiz ötüşə bilməz və ötüşməyib də. Bu, Azərbaycan-Rusiya əlaqələrinin elə bir mərhələsində olub ki, Azərbaycan-Rusiya əlaqələri bizim ölkəmiz müstəqillik əldə edəndən heç belə hamar müstəvidə olmayıb. Keşməkeşli yollar keçmişik, bu bölgədə zamanında qatı antirusiya əhval-ruhiyyəsi olub və bu isə əsassız deyildi. Amma Rusiya Prezidenti Vladimir Putinin hakimiyyətə gəlməsindən sonra ulu öndər Heydər Əliyevin təklif etdiyi əməkdaşlıq - mehriban qonşuluq modeli dəstəkləndikdən sonra bu əlaqələr normallaşmağa başladı və strateji tərəfdaşlığa qədər gəlib çatdı. Artıq Azərbaycan-Rusiya əlaqələri strateji tərəfdaşlıqdan strateji müttəfiqliyə doğru irəliləyən bir əlaqə idi. Dövlət başçıları da öz görüşlərində dəfələrlə vurğulayıblar ki, Azərbaycan-Rusiya əlaqələri digər dövlətlər üçün, o cümlədən MDB dövlətləri arasında örnək sayıla biləcək səviyyədədir. Belə reallıqda bu cür addımın atılması təkcə Azərbaycanın maraqlarına, Rusiyadakı soydaşlarımızın maraqlarına vurulan zərbə deyil. Bu, eyni zamanda, Rusiyanın dövlət maraqlarına da vurulan zərbədir".

Qeyd edək ki, mayın 15-də Rusiya Ədliyyə Nazirliyinin təqdimatına əsasən Rusiya Ali Məhkəməsi ÜAK-ın qeydiyyatını ləğv edib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Leyla Əliyeva Zəhra Pezeşkianla görüşüb
Cəmiyyət 21:12
Leyla Əliyeva Zəhra Pezeşkianla görüşüb
Yasamalda küçədən qadın meyiti tapılıb
Cəmiyyət 20:25
Yasamalda küçədən qadın meyiti tapılıb
Sabah bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 19:30
Sabah bu ərazilərdə qaz olmayacaq
Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib
Cəmiyyət 19:19
Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib
Qənimət Zahidə hökm oxunub
Cəmiyyət 19:03
Qənimət Zahidə hökm oxunub
Yaxın günlərdə yeni qatar xətti istifadəyə veriləcək
Cəmiyyət 18:34
Yaxın günlərdə yeni qatar xətti istifadəyə veriləcək
Azərbaycanda asbestin istifadəsi qadağan ediləcək
Cəmiyyət 18:21
Azərbaycanda asbestin istifadəsi qadağan ediləcək
Bu yollarda tıxac var - Siyahı
Cəmiyyət 18:11
Bu yollarda tıxac var - Siyahı
İnsanın klonu patent obyekt kimi qəbul edilməyəcək
Cəmiyyət 18:08
İnsanın klonu patent obyekt kimi qəbul edilməyəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol