Sarkisyan qorxuya düşdü
Ermənistan prezidenti Serj Sarkisyan yeni çağırış parlamentinin üzvləri qarşısında çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsindən danışıb.
Anews.az Publika.az-a istinadən xəbər verir ki, Sarkisyan mövcud status-kvonu saxlamaq istəmədiklərini iddia edib.
"Biz status-kvonu saxlamaq istəmirik. Gələcək nəsillərin çiyinlərinə bu məsələnin ağırlığını qoymaq da istəmirik. ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birlikdə münaqişənin həllinə çalışmağımız da bundan irəli gəlir”, - deyə həmişə qeyri-konstruktiv mövqeyi ilə seçilən Ermənistan prezidenti bildirib.
O, Qarabağda mövcud status-kvonun yalnız hərtərəfli qərarla dəyişə biləcəyini qeyd edib.
Sarkisyan Azərbaycanın beynəlxalq arenada apardığı siyasətdən də şikayətlənib.
Qeyd edib ki, Ermənistan Azərbaycanın beynəlxalq arenada anti-erməni siyasətinə qarşı daha fəal işləməlidir.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər