• $ 1.7
  • € 1.9924
  • ₽ 0.021118
  • ₺ 0.0397
  • £ 2.2778

Azərbaycan Yunanıstan və Rumıniyadan meyvə alacaq

Azərbaycan Yunanıstan və Rumıniyadan meyvə alacaq
18.05.2017 21:20
İki ölkənin şirkətləri Bakıda məhsullarının təqdimatını keçirib.

Yunanıstan və Rumıniya şirkətləri emal olunmuş meyvə və tərəvəzlərini Azərbaycana ixrac etmək niyyətindədir. "Report” xəbər verir ki, bu məqsədlə keçirilən tədbirdə hər iki ölkənin bu sahə üzrə ixtisaslaşmış şirkətləri məhsullarını təqdim edib.

Yunanıstanın "Delcof S.A.” şirkətinin prezidenti Konstantinos Apostolou bildirib ki, məhsullarının Azərbaycana ixrac edilməsində maraqlıdırlar: "İstehsal etdiyimiz məhsulların böyük hissəsi ixrac edilir. Bizdə olan məlumata görə, Azərbaycan konservləşdirilmiş şaftalı idxal etmir. Bu məhsulu Azərbaycana ixrac etməkdə maraqlıyıq. Bunun üçün görüşlər keçiririk. Ümid edirik ki, yaxın zamanda Azərbaycan bazarına çıxacağıq”.

"Romconcerv” təşkilatının üzvlərindən olan "Angelis SRL” şirkətinin rəhbəri Liviu Çiçiok istehsal etdikləri məhsullar barədə məlumat verərək qeyd edib ki, Rumıniya Avropa İttifaqında meyvə və tərəvəzin həcminə görə beşinci istehsalçıdır və onların emalı son dərəcə inkişaf edib: "Ümid edirik ki, geniş çeşidli məhsullarımızla Azərbaycan bazarına çıxacağıq”.

Qeyd edək ki, "Delcof” yunan meyvə konservi zavodlarının şəbəkəsi olaraq fəaliyyət göstərir.
"Romconcerv” meyvə və tərəvəzlərin emalı sənayesində fəaliyyət göstərən bütün şirkətləri birləşdirən yeganə Rumıniya təşkilatıdır.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR Türkiyədə 870 MVt-lıq elektrik stansiyasını 225 milyon dollara alıb
İqtisadiyyat 14:43
SOCAR Türkiyədə 870 MVt-lıq elektrik stansiyasını 225 milyon dollara alıb
Kreditini Birbank-a gətirənlər 3% endirim qazanır- Kampaniya davam edir
İqtisadiyyat 14:37
Kreditini Birbank-a gətirənlər 3% endirim qazanır- Kampaniya davam edir
Yelo Bank əməkdaşları arasında futbol çempionatı keçirilib
İqtisadiyyat 11:50
Yelo Bank əməkdaşları arasında futbol çempionatı keçirilib
Azərbaycana yatırılan investisiyaların həcmi 360 milyard dolları ötüb
İqtisadiyyat 11:18
Azərbaycana yatırılan investisiyaların həcmi 360 milyard dolları ötüb
Bakının 3 rayonunda təbii qaz olmayacaq
İqtisadiyyat 09:51
Bakının 3 rayonunda təbii qaz olmayacaq
Azərbaycanın "Azeri Light" nefti 1,46 dollar bahalaşıb
İqtisadiyyat 09:48
Azərbaycanın "Azeri Light" nefti 1,46 dollar bahalaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:13
Avro bahalaşıb, rubl ucuzlaşıb - Məzənnə
Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır
İqtisadiyyat 17:30
Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır
Əsədov: Azərbaycan–Türkiyə ticarət dövriyyəsi 2025-ci ilin 11 ayında 7.5% azalıb
İqtisadiyyat 16:47
Əsədov: Azərbaycan–Türkiyə ticarət dövriyyəsi 2025-ci ilin 11 ayında 7.5% azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol