• $
  • £

Natalya Məmmədova yenidən Azərbaycan yığmasına çağırılıb

Natalya Məmmədova yenidən Azərbaycan yığmasına çağırılıb
29.05.2020 09:11
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin ilkin heyəti açıqlanıb. 

Anews.az-ın Apasport-a istinadən məlumatına görə, komandamızın baş məşqçisi Faiq Qarayev dünya çempionatının seçmə mərhələsi üçün 22 oyunçuya sifariş göndərib.

IV İslam Həmrəyliyi Oyunlarının qalibi olan komandamıza Natalya Məmmədova da qoşulub. 2013-cü ildən milli karyerasını bitirdiyini açıqlayan və həmin vaxtdan əsas yığmamızda oynamayan İsveçrə "Volero”sunun kapitanı artıq Bakıdadır. O, bu gündən komandaya qoşulacaq.

Yığmamız isə Bakıda keçiriləcək oyunların hazırlığı üçün Bolqarıstana yollanacaq. Mayın 21-də burda başlayacaq təlim-məşq toplanışı 1 həftə davam edəcək.

Azərbaycan millisinin heyəti: Ceyran Əliyeva, Kseniya Poznyak, Anastasiya Qurbanov, Odina Bayramova, Ayşən Abduləzimova, Olena Həsənova, Yekaterina Jitkova, Valeriya Məmmədova, Yekaterina Yaqubova, Aynur Kərimova, Oksana Kiselyova, Polina Rəhimova, Şəfaqət Həbibova, Marqarita Əzizova, Yana Əzizova, Anastasiya Bessonova, Ülkər Kərimov, Yuliya Kərimova, Yana Kulan, Natalya Məmmədova, Kseniya Pavlenko, Yelizaveta Səmədova.

Qeyd edək ki, Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində C qrupunda Danimarka, Hollandiya, Norveç, Ukrayna və İsraillə oynayacaq. 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
AFFA-nın bayrağı altında keçirilən çempionat oyunları təxirə salınıb
İdman 15:01
AFFA-nın bayrağı altında keçirilən çempionat oyunları təxirə salınıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol