• $ 1.7
  • € 1.9924
  • ₽ 0.021118
  • ₺ 0.0397
  • £ 2.2778

Yasamal rayon İcra hakimiyyəti iki bacını evsiz qoydu

Yasamal rayon İcra hakimiyyəti iki bacını  evsiz qoydu
29.05.2017 09:40
Hazırda Bakıda böyük yol layihəsi həyata keçirilir. Söhbət  "Sovetski küçəsində tikilən yoldan gedir.  Şəhərdə avtomobillərin hərəkətini asanlaşdıracaq bu yolun tikintisinə büdcədən külli miqdarda vəsait ayrılıb. Ölkə prezidenti müşavirələrində məmurları tikintiyə  diqqətlə yanaşmağı, evləri tikinti ərazisinə düşən əhalini razı salmağı tapşırıb. Bəs görəsən yerli icra orqanlarının əməkdaşları dövlət başçısının tapşırıqlarını nə dərəcədə düzgün yerinə yetirirlər.  Bu günlərdə  redaksiyamıza bir qucaq sənədlə gəlmiş Nailə və Tahirə Əliyeva bacılarının sözlərindən bəlli olur ki, Yasamal rayon icra hakimiyyəti  heç də əhalini  razı salmır.

Xanımlarla söhbətdən bəlli oldu ki, Nailə və Tahir Əliyeva bacıları  gözlərini Abdulla Şaiq küçəsi 213   ünvanda  yerləşən evdə açıb və indiyə kimi də burada yaşaıblar.  Onlara bu ev anaları  Leyla Əliyevadan qalıb. Leyla Əliyevaya isə bu ev onu övladlığa götürmüş atası Murad Eynallı oğlu  və  onun bacısı və eyni zamanda Leyla Əliyevanın anası  Xanımbacı Eynalı qızından  çatıbdır.
 
Tahirə Əliyevanın sözlərinə görə,  onların indi yaşadıqları həyət üç qardaşa -  Murad, Rza və  Həsənəli Eynalı oğullarına mənsub olub. Qardaşların övladı olmadığlndan  onlardan biri Murad  Eynalı oğlu bacısı Xanımbacı Eynalı qızının övladı  Leyla Əliyevanı qızlığa götürür. Qardaşlar rəhmətə gedəndən sonra isə ev keçir Murad Eynalı oğlunun  və Xanımbacı Eynalı qızının qızı Leyla Əliyevaya.  Leyla Əliyeva öləndən sonra  mülkiyyətçilik hüququ  onun əri  Fərhad Əliyev ötürülür və bunu təsdiq edən sənəd verilir.  

 Az sonra bəlli olur ki, sən demə qardaşlardan biri Həsənəli Eynalı oğlu da Brilyant Əliyeva adlı bir xanımı uşaqlığa göturub.  Əzəldən Fatmai kəndində yaşamış Brilyant Əliyeva öz dilindən imtina kağızı verir və bildirir ki, onu atalığa götürmüş Həsənəlinin həytdəki payında gözü yoxdur , heç vaxt o həyətdə yaşamayıb və yaşamaq fikrində də deyil. 

Amma  Brilyant Əliyevnın nəvəsi Zahir Əliyev nənəsindən "çevik” tərpənir.  Keçmiş "Sovetski” küçəsindəki həyətlərin söküləcəyini eşidən kimi  əl ayağa düşür ,məhkəmələri ələ alaraq  nənəsinin imtina etdiyi həyətin əvvəlcə  dörddə birini, sonra dörddə üçünü və sonda  hamısını adına yazdırır. 
 
Qəribəsi odur ki, məhkəmələr qərar çıxardanda bu həyətdə kimin yaşaması ,hər hansı adamın adında olub olmaması barədə məlumatla maraqlanmayıblar.  Əks halda Nailə və Tahirə Əliyeva bacıları ən azı həmin məhkəmələrə çağırılardı . Yalnız həyəti tam adına keçirən Zahir Əliyev özü be barədə məlumat verəndən sonra Tahirə və Nailə Əlyeva bacıları əl-ayağa düşüb və biliblər ki. sən demə həyətin qanunsuz da olsa ikinci adaxlısı var.
 
Bundan sonra əlində evin atası Fərhad Əliyeva, atasının  ölümündən sonra isə  qardası Əlmurad Əliyeva mənsub olması barədə sənəd olan Nailə Əliyeva Yasamal məhkəməsinin qərarından apellyasiya şikayəti  verir və məhkəmə ailənin hüquqlarını təmin edir. Evin dörddən üç hissəsinin  Tahirə və Nailə Əliyeva bacıları ilə birgə qardaşları Əlmurad Əliyevə  mənsub olması barədə qərar çıxardır.
 
Amma Zahir Əliyev sakitləşmir. Evlərin söküntüsü zamanı pul almaq arzusu yenə onu Yasamal məhkəməsinə gətirir və təzədən  evin ona mənsub olması barədə qərarın verilməsinə nail olur.

Nəticədə  Nailə Əliyevanın sözlərinə görə, söküntü zamanı  faktiki özünü sonra evə sahib etmiş, əslində  bir gün də orada yaşamamış  Zahir Əliyevə Yasamal icra hakimiyyəti 101 min manat pul verir, həyəti babası və nənəsindən miras alan Əlmurad Əliyevə 37 min manat ayrılır,Nailə və Tahirə Əliyevaların hərəsinə isə ev almaq üçün hökumət  9 min manat  təklif edir. "Mən bu pulu almayacam. Bu pula harada ev almaq olar. Həyətimdən də çıxan deyiləm. Bu evin vergisini hər zaman atam, sonra da qardaşım ödəyib.  Sonda isə evin sahibi Zahir Əliyev sayılır? Biz hökumətimizdən öz hüququmuzu tələb edirik ", - deyə Tahirə Əliyeva etiraz edir.
 
O, həmçinin bildirir ki, dəfələrlə prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya məktub yazıb. "Mən əminəm ki prezidentin və xanımının bu fırıldaqlardan xəbəri  yoxdur. Onlara mətbuat vasitəsi ilə bizə qarşı edilən haqsızlığı çatdırmaq istəyirəm”, -  deyə əli hər yerdən üzülmüş xanım  bldirir.
 
Hazırda bu həyətin taleyi  yenə məhkəmə araşdırmasının predmetidir. Nailə Əliyeva yenə də evə mülkiyyətçilik hüquqlarının qaytarılması ilə bağlı  məhkəməyə  müraciət edib. Onun vəkili Qanqa İbrahimovun dediyinə görə, məhkəmə qəsdən işə baxmağı yubadır. "Məhkəmədən  işə tez baxmağı, həyətin sahibi tam müəyyənləşənə qədər həyətin sökülməsinə qadağa qoymağı xahiş etdim. Amma hakim dedi ki, bu prezidentin nəzarəti altında olan layihədir. Onun həyata keçirilmsinə mane olacaq qərar vermək səlahiyyətində deyil. Mən icra hakimiyyətinin nümayəndəsi ilə də görüşdüm. Onlar da tələsik kompensasiyanı verib həyəti sökmək  mövqeyində olduğunu bildirdilər”,  -  deyə vəkil vurguladı.
 
Vəkilin sözlərinə görə, yaranmış vəziyyətdən yeganə çıxış yolu söküntünü məhkəmənin qərarına qədər saxlamaqdır. Çünki kompensasiyanı alan Zahir Əliyevdən bundan sonra pul almaq,  faktki olaraq küçəyə atılmış Tahirə və Nailə Əliyeva bacılarına  çox çətin olacaq. 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qazaxıstan Almaniyaya 1,2 milyon ton neft ixrac etməyi planlaşdırır
İqtisadiyyat 17:24
Qazaxıstan Almaniyaya 1,2 milyon ton neft ixrac etməyi planlaşdırır
STEAS uğurun təminatı — zamanın tələblərinə  cavab verən marketinq - TƏHLİL
İqtisadiyyat 09:03
STEAS uğurun təminatı — zamanın tələblərinə cavab verən marketinq - TƏHLİL
Azərbaycan qazını alan ölkələrin coğrafiyası genişlənib  - İlham Əliyev
İqtisadiyyat 23:06
Azərbaycan qazını alan ölkələrin coğrafiyası genişlənib - İlham Əliyev
2024-cü ildə ÜDM 4% artıb - Prezident Əliyev
İqtisadiyyat 21:22
2024-cü ildə ÜDM 4% artıb - Prezident Əliyev
Carlsberg Rusiyadakı biznesini 320 milyon dollardan çox məbləğə satıb
İqtisadiyyat 18:10
Carlsberg Rusiyadakı biznesini 320 milyon dollardan çox məbləğə satıb
Qazaxıstan BTC ilə neft nəqlini artırıb, Almaniyaya ixracı azaldıb
İqtisadiyyat 07:34
Qazaxıstan BTC ilə neft nəqlini artırıb, Almaniyaya ixracı azaldıb
Azərbaycanda neft hasilatı 4,8% azalıb
İqtisadiyyat 18:24
Azərbaycanda neft hasilatı 4,8% azalıb
BP Azərbaycanda qaz hasilatını artırıb
İqtisadiyyat 15:03
BP Azərbaycanda qaz hasilatını artırıb
Aİ 92-nin və dizelin qiyməti sabahdan qalxır
İqtisadiyyat 20:37
Aİ 92-nin və dizelin qiyməti sabahdan qalxır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol