• $ 1.7
  • € 1.9924
  • ₽ 0.021118
  • ₺ 0.0397
  • £ 2.2778

İrəvanda kriminal müharibə başladı

İrəvanda kriminal müharibə başladı
26.05.2017 11:13
Ermənistanda qanlı kriminal müharibələr başlayır.

Anews.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə "1in.am” saytı yazıb.

Sayt qeyd edir ki, İrəvanda iki nüfuzlu kriminal avtoritetə - "Aper Vstreça” ləqəbli Aram Vardanyana və bu yaxınlarda İtaliyadan gəlmiş "Don Pipo” ləqəbli Artur Asatryana sui-qəsd cəhdi olub. Adıçəkilən şəxslər sui-qəsddən canlarını qurtara biliblər. Lakin avtoritet Levika Yerordmaskoqonun qətlindən sonra bu, böyük rezonansa səbəb olan hadisədir.

Sayt yazır ki, Ermənistanda dövlət sistemi ilə cinayət dünyası "qırmızı xətlə” ayrılmır: "Hakimiyyət oliqarxlardan ibarətdir və cinayətə bulaşıb. "Aper Vstreça” Ermənistanda oliqarxiyanın simvolları olan Samvel Aleksanyan və hakim Respublika Partiyasının parlament seçkilərində təşviqat kampaniyasında mühüm rol oynayan Ruben Ayrapetyanla sıx əlaqədədir.
"Don Pipo” isə Ermənistan İnvestisiya Klubunun üzvüdür. Bu klubun digər üzvü isə bu yaxınlarda Çexiyada saxlanılan avtoritet Robsondur. Robson Ermənistanın diplomatik pasportunu daşıyır. Daha bir misal kimi Qaqik Sarukyanı göstərmək olar. Cinayət aləmi ilə sıx bağlı olan bu şəxs indi dövlət sistemində iştirak edən blokun rəhbəridir”.

Məqalədə bildirilir ki, Ermənistan prezidenti Serj Sarkisyan da birbaşa cinayət aləmi ilə əlaqədədir.

"Cinayət dünyasının nümayəndələrinin hakimiyyətdə təmsil olunması Sarkisyanla əlaqələrin nəticəsidir. Hansı ki, kriminal avtoritetlər buna görə Sarkisyana yaxşı haqq ödəyirlər. İrəvanda sui-qəsd cəhdi isə Ermənistanda qanlı kriminal müharibəyə start verildiyini sübut edir”, - deyə sayt bidirir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə qəzaya uğrayıb - Yenilənib
Dünya 00:17
Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə qəzaya uğrayıb - Yenilənib
Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib
Dünya 22:57
Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib
Türkiyədə minimal əməkhaqqı artırılıb
Dünya 20:41
Türkiyədə minimal əməkhaqqı artırılıb
Tokayev və Tramp Rusiya-Ukrayna münaqişəsini müzakirə edib
Dünya 19:09
Tokayev və Tramp Rusiya-Ukrayna münaqişəsini müzakirə edib
İrandan İraqa qaz tədarükü dayandırılıb
Dünya 19:00
İrandan İraqa qaz tədarükü dayandırılıb
Gürcüstan DTX-nin keçmiş rəhbərihəbs edilib
Dünya 14:29
Gürcüstan DTX-nin keçmiş rəhbərihəbs edilib
İsrail ordusu üç Hizbullah üzvünü zərərsizləşdirib
Dünya 12:55
İsrail ordusu üç Hizbullah üzvünü zərərsizləşdirib
İran Rusiyadan imtina etmək barədə Avropanın tələblərini rədd edib
Dünya 09:52
İran Rusiyadan imtina etmək barədə Avropanın tələblərini rədd edib
Tramp Luiziana qubernatorunu Qrenlandiya üzrə xüsusi elçi təyin edib
Dünya 08:48
Tramp Luiziana qubernatorunu Qrenlandiya üzrə xüsusi elçi təyin edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol