• $ 1.7
  • € 1.9924
  • ₽ 0.021118
  • ₺ 0.0397
  • £ 2.2778

Ermənistan Qarabağla vidalaşır: Sarkisyan Kremli qəzəbləndirdi

Ermənistan Qarabağla vidalaşır: Sarkisyan  Kremli qəzəbləndirdi
27.05.2017 10:56
Ermənistan prezidenti Serj Sarkisyan İrəvanda Avropa Parlamentinin xarici işlər komitəsinin sədri Devid Makalisterlə görüşdə Avropa İttifaqı ilə razılaşmanı imzalamağa hazır olduğunu bildirdi. Lakin düşmən ölkənin liderinin bu vədi gülüşlə qarşılandı.

Publika.az xəbər verir ki, 1in.am saytının icmalçısı Aram Aratuni Ermənistanın Avrasiya İqtisadi İttifaqının üzvü, bu qurumu isə Rusiyanın geosiyasi düşərgəsi adlandırıb.

İrəvanda mayın 26-da keçirdiyi mətbuat konfransında Devid Makallisterin özü də bildirib ki, Avropa İttifaqı Ermənistanla yeni hərtərəfli və genişləndirilmiş sazişi imzalayacağına ümid edir. O deyib ki, Ermənistan prezidenti ilə müzakirələrdən sonra belə nəticəyə gəlib.

"Ermənistan Avrasiya İqtisadi İttifaqının üzvüdür. Bilirik ki, bu, 2013-cü ildə baş verib. Ancaq hazırda prezident Sarkisyan Avropa İttifaqı ilə ambisiyalı sazişi imzalamağa hazırdır və bu, bizim üçün, Avropa İttifaqı üçün vacibdir", - Makallister vurğulayıb.

Xatırladaq ki, Avropa İttifaqı Ermənistanla assosiasiya haqqında saziş ətrafında danışıqlar aparıb. Ancaq 2013-cü ilin sentyabrında təxminən 3,5 illik danışıqlardan sonra gözlənilmədən əks gediş etdi. Sarkisyan Moskvada Rusiya prezidenti Vladimir Putinlə danışıqlardan sonra bəyan etdi ki, Ermənistan Rusiyanın rəhbərliyilə Avrasiya İqtisadi İttifaqına daxil olmağa üstünlük verir.

O zaman erməni siyasətçilər etiraf etdilər ki, Rusiya ilə ittifaqdan imtina etdiyi halda Moskva İrəvanı Qarabağı itirməklə hədələyib.

"Avrasiya İqtisadi İttifaqı iqtisadi ittifaq olsa da, sirr deyil ki, qurum Rusiyanın geosiyasi düşərgəsidir. Burada müxtəlif dərəcəli münasibətləri mövcuddur. Məsələn, Qazaxıstanla və ya Belarusla Rusiyanın münasibətləri bir, Ermənistanla münasibətlər başqadır. Yəni, Avrasiya İqtisadi İttifaqının "qanunlar”ı Ermənistan üçün məcburidir. Bu qanunlara tabe olmaq və eyni zamanda Avropa İttifaqı ilə razılaşma imzalamaq mümkündürmü? Bu sual hələ ki, ən azından ritorikdir, çünki real siyasətdə ona cavab təəssüf ki, mənfi olacaq”.

Aram Aratuni Avrasiya İqtisadi İttifaqını "Ermənistanın düşmənlərinin klubu” (söhbət ilk növbədə Ermənistanla eyni ittifaqda yer alan, ancaq Azərbaycanla dost münasibətləri olan Belarus və Qazaxıstandan gedir – red.) adlandırıb. Onun sözlərinə görə, bu münasibət özünü ötənilki dördgünlük aprel müharibəsində göstərdi.

"Bu müharibədən bir il sonra, heç olmasa hazırda, Avrasiya İqtisadi İttifaqı Ermənistana başqa münasibətin heç bir nümunəsini nümayiş etdirmədi”, - o qeyd edib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
Siyasət 22:32
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
Məsud Pezeşkian Prezident İlham Əliyevə zəng edib
Siyasət 18:48
Məsud Pezeşkian Prezident İlham Əliyevə zəng edib
Milli Məclisin növbəti iclasında 9 məsələ müzakirə ediləcək
Siyasət 17:17
Milli Məclisin növbəti iclasında 9 məsələ müzakirə ediləcək
Prezident Qarabağ Universitetinin yeni fakültələri üzrə işlərdə iştirak edib
Siyasət 15:05
Prezident Qarabağ Universitetinin yeni fakültələri üzrə işlərdə iştirak edib
Rusiya taxılı Azərbaycan vasitəsilə Ermənistana göndərilir
Siyasət 14:13
Rusiya taxılı Azərbaycan vasitəsilə Ermənistana göndərilir
Onlar şəhid sayıla bilməz - Deputat Azərbaycan vətəndaşlarına müraciət edib
Siyasət 12:35
Onlar şəhid sayıla bilməz - Deputat Azərbaycan vətəndaşlarına müraciət edib
Həştərxanın qubernatoru Prezident İlham Əliyevi təbrik edib
Siyasət 12:27
Həştərxanın qubernatoru Prezident İlham Əliyevi təbrik edib
Deputatlar parlamentdə Prezidenti təbrik ediblər
Siyasət 12:02
Deputatlar parlamentdə Prezidenti təbrik ediblər
Ceyhun Bayramov Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibini qəbul edib
Siyasət 21:40
Ceyhun Bayramov Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibini qəbul edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol