Mehriban Əliyevadan xəbər
"Azərbaycanın birinci vitse-prezidenti, respublikanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın işləri hörmət və heyranlıq hissi doğurur".
"Elə də uzaq olmayan tarixdə, həyatımda ilk dəfə idi ki, Bakıda oldum və çağdaş görkəmli bir şəhər gördüm. Bu şəhərin necə bir sevgi və qayğı ilə tikilməsinə heyran qaldım - şəhərdə tarixilik baxımından diqqətəlayiq hər şey ən gözəl şəkildə vurğulanıb", - deyə o vurğulayıb.
"Mənə dedilər ki, bu məsələdə birinci xanım Mehriban Əliyeva böyük töhvə verib. Bundan sonra mən Mehriban xanımın fəaliyyəti barədə maraqlandım, bilmək və baxmaq istədim ki, o, buna necə nail olur - onun işləri məni heyrətləndirdi. Bu barədə hətta Azərbaycanın Rusiyadakı səfirinə dedim, soruşdum ki, həqiqətənmi bu belədir? O, bütün bunları təsdiqlədi", - deyə Rusiya XİN-in təmsilçisi vurğulayıb.
"Bundan sonra Bakıda dəfələrlə oldum. Gördum ki, şəhər gündən günə daha maraqlı və daha yaxşı və daha çağdaş olur. Mən Mehriban Əliyevanın bu layihələr üzərində rəhbərliyini izləməyə davam edirəm və demək istəyirəm ki, onun işləri səmimi hörmət və heyranlıq hissi doğurur", - deyə Mariya Zaxarova bildirib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər