• $ 1.7
  • € 1.9924
  • ₽ 0.021118
  • ₺ 0.0397
  • £ 2.2778

Mehriban Əliyeva qızları ilə bayram tədbirində - FOTOLAR

Mehriban Əliyeva qızları ilə bayram tədbirində - FOTOLAR
28.05.2017 11:36
Mayın 27-də Milli Aviasiya Akademiyasının və ADA Universitetinin birgə təşkilatçılığı ilə 28 May - Respublika Gününə həsr olunan tədbir keçirilib.  Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva tədbirdə iştirak ediblər.

Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev tədbirin keçirildiyi Milli Aviasiya Akademiyasının zalını təyyarəyə bənzətdi. "Bu təyyarə ADR-dir. Nömrəsi də 99”, - deyən Arif Paşayev 99 il bundan əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması münasibətilə təbriklərini çatdırdı. Bildirdi ki, bu gün "bu təyyarə” Luiziananın caz ansamblını bu tədbirə gətirib.

ADA Universitetinin rektoru, professor Hafiz Paşayev 99 il əvvəl yaradılan ilk demokratik respublikanın bu gün bizim fəxrimiz olduğunu, fərəh hissi ilə bu tarixi dünyaya bəyan etdiyimizi vurğuladı. Hafiz Paşayev ölkəmizin ABŞ-da səfiri vəzifəsində çalışdığı vaxtlarda Cümhuriyyətin yaradıcılarından biri olan Fətəli xan Xoyskinin qardaşı oğlu Ziyadxan Xoyski ilə Vaşinqtonda görüşdüyünü və onun "Azərbaycan yenidən müstəqillik əldə edib. Xahiş edirəm bunu bir də əldən verməyin” sözlərini xatırlatdı. Sovet dövründə Cümhuriyyətlə bağlı məlumatın az olduğunu diqqətə çatdıran ADA Universitetinin rektoru bu gün bizim müstəqil respublikamızın qədrini bildiyimizi söylədi. Prezident İlham Əliyevin bununla bağlı çıxışını qeyd edən Hafiz Paşayev dövlətimizin başçısının "Müstəqilliyimiz əbədidir və bunu bir daha itirməyəcəyik” sözlərini xüsusi vurğuladı.

Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva ABŞ-ın Luiziana caz ansamblının musiqiçiləri ilə görüşüb.
 






www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Cəmiyyət 16:45
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Cəmiyyət 13:38
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Cəmiyyət 16:18
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Xırdalana yeni yollar çəkiləcək
Cəmiyyət 20:48
Xırdalana yeni yollar çəkiləcək
Rusiya aviaşirkəti Azərbaycana uçmaq istəyir
Cəmiyyət 15:41
Rusiya aviaşirkəti Azərbaycana uçmaq istəyir
Bakıda iki media qurumunun sahibinin məhkəməsi keçirilir
Cəmiyyət 14:41
Bakıda iki media qurumunun sahibinin məhkəməsi keçirilir
Bələdiyyələr özünü idarə etmir,  idarə olunur - ekspert ARAŞDIRMA
Cəmiyyət 08:36
Bələdiyyələr özünü idarə etmir, idarə olunur - ekspert ARAŞDIRMA
Cəmiyyət 18:31
"Abzas media" işi üzrə məhkəmə prosesi keçirilib - REPORTAJ
Azərbaycanda ötən il işsizliyin səviyyəsi açıqlanıb
Cəmiyyət 18:05
Azərbaycanda ötən il işsizliyin səviyyəsi açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol