Qarabağda müharibənin yeni iştirakçıları
Ər-Riyadda ABŞ prezidenti Donald Trampın iştirak etdiyi Ərəb-İslam-Amerika Sammitinə Azərbaycanın da qatılması Qarabağın işğalına dəstək verən ermənipərəst qüvvələrin ciddi narahatlığına səbəb olub.
İstiPress-in məlumatına görə, bu qüvvələr ABŞ adminstrasiyasının artıq müsəlman ölkələrinin daxili işlərinə qarışmayacağını bəyan etməsindən narahat olublar. Təsadüfi deyil ki, məsələyə diqqət yetirən rusiyalı politoloq Stanislav Tarasov "Regnum”da yazdığı məqaləsində Azərbaycan prezidenti İlham Əliyevin görüşlə bağlı açıqladığı təəssüratlarına xüsusi yer verib.
"Buta” sarayında Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə rəsmi qəbulda çıxış edən İlham Əliyev deyib:
Prezident İlham Əliyev Ər-Riyadda

Amma çox qəribədir ki, ABŞ-ın müsəlman dünyasına müdaxiləni dayandırması, yəni dolayısı ilə Rusiyanın əl-qolunu açması Stanislav Tarasovun xoşuna gəlmir. Sən demə, Tarasovun fikrincə, Obamanın dövründə ABŞ ona görə Azərbaycanın daxili işlərinə müdaxilə edirmiş ki, Azərbaycanı müstəqil yaşamağa qadir dövlət sayırmış, buna görə də çalışırmış ki, Azərbaycan daha da demokratikləşsin. Amma Tramp tərsinə fikirləşir. Hər halda, rusiyalı politoloq belə iddia edir.
Bu sözlərdən sonra düşünmək olar ki, Gəncədə anadan olmuş və Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirmiş, Azərbaycan və türk dillərini çox yaxşı bilən türkoloq Stanislav Tarasov Azərbaycanı çox sevdiyindən onun demokratikləşməsinə çalışır. Amma Stanislav Tarasovun daha əvvəlki məqalələrini oxuduqda anlamaq olur ki, bu, belə deyil. Məsələn, Donald Tramp prezident seçildikdən sonra Tarasov verdiyi müsahibələrdə bildirirdi ki, demokratlar qeyri-rəsmi şəkildə məsələ qoymuşdular ki, Azərbaycan Qarabağın müstəqilliyini tanısın:
"Aprel döyüşlərindən sonra məhz Obamanın tapşırığı ilə Kerri Vyanada iclas keçirmişdi. Sonra Obamanın xahişi ilə Rusiya Sankt-Peterburqda görüş keçirdi, orada münaqişə tərəflərinin təmas xəttində monitorinq sistemini nəzərdə tutan saziş imzalandı”.

Mənbə: ARDNF
Yəni bunun absurd olduğunu azərbaycanlıların şiə olması ilə yanaşı, Dövlət Neft Fondunun vəskaitləri isə son illərdə 33-34 miyard dollar ətrafında dəyişməsi də göstərir. Maksimum göstərici isə 36 milyard dolllar 2014-cü ildə qeydə alınıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər