İrəvanın ermənilərə güzəştə gedilməsindən 99 il ötür
Bu gün İrəvanın ermənilərə güzəştə gedilməsindən 99 il ötür. Məlum hadisənin il dönümü ilə əlaqədar Beynəlxalq İnformasiya və Regional Araşdırmalar İnstitutu tədbir keçirib.
Tədbiri giriş sözü ilə açan BİRA ictimai birliyinin sədri Zaur Qəriboğlu tarixi faktlara əsaslanaraq qədim Azərbaycan torpağı olan İrəvanın Ermənistana güzəştə gedilməsindən danışıb: "Tarix boyu Azərbaycana qarşı torpaq iddiası edib, millətimizə qarşı müxtəlif illərdə soyqırım həyata keçirərərk, işğalçılıq siyasəti aparıblar. Dünya da bunu artıq bilir. İrəvan xanlığı, Göyçə, Zəngəzur mahalı bizim tarixi torpaqlarımızdır və biz azərbaycanlılar o torpaqlara da qayıtmalıyıq və qayıdacağıq”, - deyə layihə rəhbəri bildirib.
www.anews.az
Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2017-ci il üçün elan
etdiyi I qrant müsabiqəsində "İrəvan-2018 portalının yaradılması” layihəsi ilə
qalib olan "Beynəlxalq İnformasiya və Regional Araşdırmalar” (BİRA) ictimai
birliyi 29 may 1918 – ci ildə İrəvanın ermənilərə güzəştə gedilməsinə həsr
edilmiş "İrəvansız 99 il” adlı tədbir keçirib.
Tədbiri giriş sözü ilə açan BİRA ictimai birliyinin sədri Zaur Qəriboğlu tarixi faktlara əsaslanaraq qədim Azərbaycan torpağı olan İrəvanın Ermənistana güzəştə gedilməsindən danışıb: "Tarix boyu Azərbaycana qarşı torpaq iddiası edib, millətimizə qarşı müxtəlif illərdə soyqırım həyata keçirərərk, işğalçılıq siyasəti aparıblar. Dünya da bunu artıq bilir. İrəvan xanlığı, Göyçə, Zəngəzur mahalı bizim tarixi torpaqlarımızdır və biz azərbaycanlılar o torpaqlara da qayıtmalıyıq və qayıdacağıq”, - deyə layihə rəhbəri bildirib.
İrəvandan sonra Zəngəzur, Göyçə və Azərbaycanın o zamankı Sovet hakimiyyəti tərəfindən ermənilərə verilib, ardınca da
on minlərlə insan qətlə yetirilib, soyqırım törədərək, Dağlıq Qarabağ
və ətraf rayonları da işğal etməklə, bir milyondan çox insanın el-obasından
məcburi köçkün düşməsinə səbəb olublar.
Ardınca çıxış edən "Müharibə
Veteranı Qadınlarına Sosial Yardım” ictimai birliyinin sədri Radə Abbas
zaman-zaman ermənilərin Azərbaycan xalqının başına gətirdiyi soyqırım
aktlarından söz açaraq, bu gün dünyada informasiya müharibəsinin gücünə diqqəti
çəkərək, gənclərimizi bu savaşda aktiv olmağa, Azərbaycan dövlətinin,
ordusunun, Ali Baş Komandanın yanında olmağa səsləyib: "Biz bilirik ki, cənab
prezident bu gün əlindən gələn bütün variantlarla bu məsələnin sülh yolu ilə
həll olunması üçün səy göstərir. Amma işğalçı, separatçı erməni hakimiyyəti
illərdir ki, hər vəchlə bu danışıqları uzadaraq, məsələnin sülh yolu ilə
həllində maraqlı olmadığını göstərir. Amma Aprel döyüşlərindəki ordumuzun
qələbəsi, bir daha göstərdi ki, danışıqlar nəticə verməyəcəyi halda,
Azərbaycanın ordusunun gücü, prezidentinin siyasi iradəsi çatır ki, hərb yolu
ilə torpaqlarını işğaldan azad eləsin ”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər