• $ 1.7
  • € 1.9924
  • ₽ 0.021118
  • ₺ 0.0397
  • £ 2.2778

Makron “Sputnik” və RT-ni “təxribatçı orqanlar” adlandırdı – VİDEO

Makron “Sputnik” və RT-ni “təxribatçı orqanlar” adlandırdı – VİDEO
30.05.2017 13:00
Vladimir Putin ilə birgə keçirdiyi mətbuat konfransında Emmanuel Makron Rusiyanın RT və "Sputnik” KİV-ni "təxribatçı orqanlar” hesab etdiyini deyib.

Anews.az rbc.ru-ya istinadən xəbər verir ki, bir qədər sonra isə Dmitri Peskov Kremldə bu qiymətləndirmə ilə razı olmadıqlarını bildirib. 

Mətbuat konfransı zamanı Fransa prezidenti Emmanuel Makron seçki qərargahına Rusiyanın "Sputnik” və RT ("Russia Today”) nəşrlərinin jurnalistlərinin niyə buraxılmadığına dair suala cavab verib. 

Makronun sözlərinə görə, onun xarici jurnalistlərlə əla münasibəti var, amma "KİV orqanları abırsız riyakarlıq yaydığı zaman, onları artıq jurnalist hesab etmək olmaz”.

Fransalı lider, əsasən, "Sputnik” və RT-ni şəxsən onun və onun seçkiqabağı kampaniyası haqqında riyakar xəbər yayan "təxribatçı orqanlar” adlandırıb. 

"Russia Today” və "Sputnik” özlərini mətbuat orqanı kimi deyil, nüfuz və təxribatçı orqan kimi aparırlar”, - fransalı lider bəyan edib.

Onun sözlərinə görə, bu KİV-in jurnalistləri məhz bu səbəbdən onun seçki qərargahına buraxılmayıblar. Yekunda isə Makron əlavə edib ki, bu məsələdə o, "geri çəkilmək” niyyətində deyil. 

Mətbuat konfransı zamanı Putin Makronun sözlərini şərh etməyib. Daha sonra Dmitri Peskov Kremlin Fransa prezidentinin mövqeyinə dair şərhini bildirib. "Biz bu qiymətləndirmə ilə razı deyilik”, - Peskov "RİA Novosti”yə bildirib.  

"Sputnik” və RT-nin baş redaktoru Marqarita Simonyan Makronun mövqeyinə dair "Twitter” hesabında şərh yazıb. "Makronun məntiqinə görə, aparıcı KİV-i Rusiyadan sürgün etmək lazımdır”. O, həmçinin Makronun sözlərini "ucuz vodevil” adlandırıb. 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə qəzaya uğrayıb - Yenilənib
Dünya 23:20
Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə qəzaya uğrayıb - Yenilənib
Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib
Dünya 22:57
Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib
Türkiyədə minimal əməkhaqqı artırılıb
Dünya 20:41
Türkiyədə minimal əməkhaqqı artırılıb
Tokayev və Tramp Rusiya-Ukrayna münaqişəsini müzakirə edib
Dünya 19:09
Tokayev və Tramp Rusiya-Ukrayna münaqişəsini müzakirə edib
İrandan İraqa qaz tədarükü dayandırılıb
Dünya 19:00
İrandan İraqa qaz tədarükü dayandırılıb
Gürcüstan DTX-nin keçmiş rəhbərihəbs edilib
Dünya 14:29
Gürcüstan DTX-nin keçmiş rəhbərihəbs edilib
İsrail ordusu üç Hizbullah üzvünü zərərsizləşdirib
Dünya 12:55
İsrail ordusu üç Hizbullah üzvünü zərərsizləşdirib
İran Rusiyadan imtina etmək barədə Avropanın tələblərini rədd edib
Dünya 09:52
İran Rusiyadan imtina etmək barədə Avropanın tələblərini rədd edib
Tramp Luiziana qubernatorunu Qrenlandiya üzrə xüsusi elçi təyin edib
Dünya 08:48
Tramp Luiziana qubernatorunu Qrenlandiya üzrə xüsusi elçi təyin edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol