Almaniya NATO sammitinin Türkiyədə keçirilməsinin əleyhinədir
NATO-nun Almaniya, Fransa, Niderland və Danimarka başda olmaqla bir neçə ölkəsi Alyansın sammitinin 2018-ci ildə İstanbulda keçirilməsinin qəti əleyhinədir.
Anews.az xəbər verir ki, bu barədə "Die Welt”ə istinadən TASS məlumat yayıb.
Bu barədə rəsmi qərar qəbul edilməsə də, dəvətin qəbul ediləcəyi ehtimal edilir. Amma "Die Welt”in məlumatına görə, vəziyyətin kəskin dəyişməsi gözlənilir.
Qəzetin məlumatına görə, NATO-nun 2016-cı ildə Varşavada keçirilən sammitində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti iki il ərzində 28 üzv dövlətin görüşlərinin İstanbulda keçirilməsini təklif edib.
"Biz NATO-nun Türkiyənin daxili siyasətini dəstəklədiyinə dair təsəvvür yaranmasını istəmirik”, - nəşr vəziyyətlə tanış olan diplomatik dairələrdə yüksək vəzifəli mənbənin sözlərini sitat gətirib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər