• $ 1.7
  • € 2.0162
  • ₽ 0.022434
  • ₺ 0.0392
  • £ 2.3224

Çempionlar Liqasında qalib müəyyənləşir

Çempionlar Liqasında qalib müəyyənləşir
03.06.2017 10:00
Bu gün Çempionlar Liqasında (ÇL) 2016/2017 mövsümünün qalibi bəlli olacaq. Apasport.az saytının məlumatına görə, qitənin ən nüfuzlu klub turnirinin həlledici qarşılaşması Kardiffdə, "Millennium” stadionunda baş tutacaq.

Çempionluq uğrunda İtaliyanın "Yuventus” klubu ilə turnirin son qalibi Madrid "Real”ı üz-üzə gələcək. Bu görüşü çempionların dueli də adlandırmaq olar. Belə ki, həm "qoca sinyora”, həm də "qalaktikos” daxili çempionatı birinci pillədə başa vurub.

Sonuncu dəfə Çempionlar Liqasının 2014/15 mövsümündə üz-üzə rəqiblər yarımfinal mərhələsində qarşılaşmış və yekunda "Yuventus” (2:1, 1:1) adını həlledici görüşə yazdırmışdı.

"Real” və "Yuventus” 2000-ci ildən bəri qitənin ən mötəbər klub turnirində 8 dəfə üz-üzə gəliblər. Bu görüşlərdən 4-də "Yuventus”, 2-də "Real” qələbə qazanıb, digər 2 oyunda isə heç-heçə qeydə alınıb.

"Real”ın heyətində Qaret Beyl və Daniel Karvahalın sıraya dönməsi məşqçilər korpusunu sevindirib. Beyl öz ölkəsində keçiriləcək final görüşündə meydana çıxmağı çox istəyir. Lakin baş məşqçi Zinəddin Zidanın ona ilk "11-lik”də yer verib-verməyəcəyi bəlli deyil. İstənilən halda, fransalı çalışdırıcının Beylin xidmətindən yararlanacağı gözlənilir.

"Yuventus”da isə Stefano Sturaro dünənki məşqdə zədələnib. Yarımmüdafiəçinin "Real”a qarşı oynamaq ehtimalı az dəyərləndirilir.

UEFA Çempionlar Liqası

Final

3 iyun

22:45. "Yuventus” (İtaliya) – "Real” (Madrid, İspaniya)

Baş hakim: Feliks Brix (Almaniya)
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Mançester Yunayted" "Arsenal"ı məğlub etdi
İdman 23:02
"Mançester Yunayted" "Arsenal"ı məğlub etdi
Azərbaycan Basketbol Liqasında NTD "Şəki" üzərində qələbə qazanıb
İdman 16:30
Azərbaycan Basketbol Liqasında NTD "Şəki" üzərində qələbə qazanıb
"İnter" rəqibini darmadağın edib
İdman 11:28
"İnter" rəqibini darmadağın edib
Jalə Əhmədova ASF-nin yeni vitse-prezidenti seçilib
İdman 22:59
Jalə Əhmədova ASF-nin yeni vitse-prezidenti seçilib
Rövşən Nəcəf FIFA prezidenti ilə görüşüb
İdman 22:08
Rövşən Nəcəf FIFA prezidenti ilə görüşüb
Azərbaycan Basketbol Liqası: XIV turda daha iki oyun keçiriləcək
İdman 09:48
Azərbaycan Basketbol Liqası: XIV turda daha iki oyun keçiriləcək
"Qarabağ"ın futbolçusu həftənin rəmzi komandasında yer alıb
İdman 21:09
"Qarabağ"ın futbolçusu həftənin rəmzi komandasında yer alıb
Prezident "Qarabağ" klubunu təbrik edib
İdman 00:51
Prezident "Qarabağ" klubunu təbrik edib
Qurban Qurbanovdan qələbə şərhi
İdman 00:45
Qurban Qurbanovdan qələbə şərhi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol