• $
  • £

Azərbaycanda idman federasiyalarına ayrılan pul kəsilə bilər

Azərbaycanda idman federasiyalarına ayrılan pul kəsilə bilər
09.06.2017 18:20
Azərbaycanda idman federasiyalarına yeni hüquq və vəzifə verilir.

Anews.az xəbər verir ki, Trend-in məlumatına görə, bununla bağlı "Bədən tərbiyəsi və idman haqqında” qanunun 11-ci maddəsinə (Respublika idman federasiyalarının hüquqları və vəzifələri) 11.2.9-cu və 11.2-1-ci bəndlərin əlavə edilməsi təklif edilir.

11.2.9-cu bəndə əsasən, idman federasiyaları "İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” qanuna və milli antidopinq qurumunun qaydalarına uyğun olaraq idmançıya və ya onun köməkçi heyətinə sanksiya tətbiq edildiyi halda, həmin sanksiyaların icra olunmasını təmin etməlidir.

11.2-1-ci bəndə əsasən isə respublika idman federasiyaları tərəfindən bu qanunun 11.2.9-cu maddəsində nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməməsi pozuntu hesab edilir və dövlət büdcəsindən ayrılan maliyyə dəstəyinin həmin tələblər yerinə yetirilənə qədər kəsilməsinə səbəb olur.

Qeyd edək ki, dəyişikliklər Milli Məclisin iyunun 13-də keçiriləcək növbədənkənar plenar iclasının gündəliyinə daxil edilib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
İdman 14:26
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
"Qarabağ"dan daha bir transfer
İdman 22:14
"Qarabağ"dan daha bir transfer
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
İdman 19:25
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
İdman 18:30
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
İdman 10:00
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
İdman 22:18
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
İdman 23:18
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb
İdman 19:29
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb

Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
İdman 10:04
Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol