• $ 1.7
  • € 1.9924
  • ₽ 0.021118
  • ₺ 0.0397
  • £ 2.2778

Azərbaycandan gedənlər Qarabağa yerləşdirilir

Azərbaycandan gedənlər Qarabağa yerləşdirilir
12.06.2017 18:19
"Erməni anaları övladlarını Dağlıq Qarabağda hərbi xidmətə göndərməkdən imtina edirlər”.

Publika.az xəbər verir ki, bu barədə Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbey deyib.

Onun sözlərinə görə, erməni analar 2016-cı ildən başlayaraq, işğal edilmiş Azərbaycan torpaqlarında övladlarının ölməsinə qarşı çıxır və "bu torpaqlarda nə işimiz var” deyə üsyan edirlər: "Ermənistanın Rusiya sayəsində işğal etdiyi Azərbaycan torpaqlarına hərbi xidmətə çağırdığı gənclər bundan imtina edirlər. Erməni analar işğal edilmiş Dağlıq Qarabağda əsgərlik etməyin Rusiyaya xidmət olduğunu düşünür. Onlar 2016-cı ildən başlayaraq, Ermənistan prezidenti Serj Sarkisyana etiraz edirlər. Bildirirlər ki, "Oğlum Qarabağda niyə ölsün?!”.


G.Gülbey qeyd edib ki, Ermənistanda əsgərlik yaşı çatmış gənclər ya Avropaya, ya da Rusiyaya qaçır: "Buna görə də Ermənistan gözünü İranda qanunsuz yolla yaşayan 3 milyon əfqan köçkünə dikib. Əfqanların Avropa xəyallarından istifadə edərək, muzdlu əsgər kimi qəbul edir və Qarabağa yerləşdirirlər. Ermənistanın öz əsgəri getdikcə azalır. Demək olar ki, bu ölkənin sərhədini qoruyacaq əsgər qalmayıb”.

Qeyd edək ki, G.Göksel bir müddət öncə Ermənistanın 8 min muzdlu əfqan döyüşçüsünü Qarabağa gətirdiyini açıqlamışdı.

Publika.az-ın araşdırmasında Qarabağa gətirilən əfqanlarla bağlı maraqlı məqamlar ortaya çıxıb. Belə ki, muzdlu döyüşçülər İran vasitəsilə Ermənistana gəlir. Onlar şiə məzhəbinə mənsub olan əfqanlardır. Ehtimal olunur ki, onlar arasında vaxtilə Azərbaycandan getmiş və bu gün Əfqanıstanda kompakt şəkildə yaşayan qızılbaşlar da var. Hesab etmək olar ki, Ermənistan İranın dəstəyi ilə Azərbaycan Ordusuna qarşı Azərbaycan əsilli olan muzdlu döyüşçüləri çıxarır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Məsud Pezeşkian Prezident İlham Əliyevə zəng edib
Siyasət 18:48
Məsud Pezeşkian Prezident İlham Əliyevə zəng edib
Milli Məclisin növbəti iclasında 9 məsələ müzakirə ediləcək
Siyasət 17:17
Milli Məclisin növbəti iclasında 9 məsələ müzakirə ediləcək
Prezident Qarabağ Universitetinin yeni fakültələri üzrə işlərdə iştirak edib
Siyasət 15:05
Prezident Qarabağ Universitetinin yeni fakültələri üzrə işlərdə iştirak edib
Rusiya taxılı Azərbaycan vasitəsilə Ermənistana göndərilir
Siyasət 14:13
Rusiya taxılı Azərbaycan vasitəsilə Ermənistana göndərilir
Onlar şəhid sayıla bilməz - Deputat Azərbaycan vətəndaşlarına müraciət edib
Siyasət 12:35
Onlar şəhid sayıla bilməz - Deputat Azərbaycan vətəndaşlarına müraciət edib
Həştərxanın qubernatoru Prezident İlham Əliyevi təbrik edib
Siyasət 12:27
Həştərxanın qubernatoru Prezident İlham Əliyevi təbrik edib
Deputatlar parlamentdə Prezidenti təbrik ediblər
Siyasət 12:02
Deputatlar parlamentdə Prezidenti təbrik ediblər
Ceyhun Bayramov Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibini qəbul edib
Siyasət 21:40
Ceyhun Bayramov Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibini qəbul edib
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
Siyasət 21:32
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol