• $ 1.7
  • € 1.9924
  • ₽ 0.021118
  • ₺ 0.0397
  • £ 2.2778

Rusiya dünyanı işğal etməyə hazırlaşır?

Rusiya dünyanı işğal etməyə hazırlaşır?
14.06.2017 11:31
"Bu bədheybəti yedirtmək üçün...” - Rusiya dünyanı işğal etməyə hazırlaşır?

Rusiya prezidenti Vladimir Putindən müsahibə alan amerikalı rejissor Oliver Stoun "RİA-Novosti” agentliyinin müxbiri Aleksey Boqdanovskinin suallarını cavablandırıb.

Publika.az xəbər verir ki, rejissorun sözlərinə görə, Rusiya lideri müsahibədə çox nəzakətli idi.

Rejissorun sözlərinə görə, Rusiya lideri anlamağa kömək etdi ki, Rusiya bütovlükdə dünyadakı vəziyyət haqqında düşünür.

"Rusiya bütovlükdə dünyada vəziyyət haqqında düşünür. ABŞ dəyişir, Rusiya ilə münasibətlər kimi. O NATO, ABŞ-ın raket hücumundan müdafiə sistemindən imtinasından, Birləşmiş Ştatların Qafqaz və Suriyada terrorizmə dəstəyindən bəlağətlə danışırdı və Ukrayna üzrə o öz mövqeyini açıqladı. O, həmçinin gələcək seçkilər və iqtisadiyyat haqqında danışırdı”, - rejissor deyib.

ABŞ prezidenti Donald Trampın tamamilə divara sıxıldığını deyən Stounun sözlərinə görə, görünür, "dövlət içində dövlət” var:

"Putin deyir ki, ABŞ-ın siyasəti dəyişmir, yalnız prezidentlər dəyişir. Prezident Obamanın Rusiya ilə münasibətləri normallaşması üzrə planları ola bilərdi. Amma o heç nəyə nail ola bilmədi. Görünür, ABŞ-da "dövlət içində dövlət” var və ölkəni idarə edir. Bura böyük hərbi sənaye kompleksi, korporasiyalar, həmçinin kəşfiyyat xidmətlərinini daxil etmək lazımdır. Düşünürəm ki, onlar Rusiya ilə problemləri xüsusi olaraq yaratdılar. Onlar Trampı divara sıxdılar. O istəsə də Rusiya ilə münasibətləri normallaşdırmaq heç cür mümkün deyil”.

Rusiya-Amerika münasibətlərinin hazırda dramatik və təhlükəli mərhələ yaşadığını deyən rejissor bunun səbəbini qismən Amerika hərbi sənaye kompleksində görür:
"Bir çox şey onun maraqlarına tabe edilib. Bu bədheybəti yedirtmək üçün sizə düşməni yaratmaq lazımdır. Və mən düşünürəm ki, biz bununla məşğul oluruq: özümüzə düşmənlər yaradırıq. Eyni zamanda, biz bazarı silahla doldururuq. Nə vaxtsa hər şey havaya uçmalıdır. Bu mənim ən böyük qorxumdur. Putin deyir ki, ABŞ 1972-ci ildə Brejnev və Niksonun hazırladığı raket əleyhinə müdafiə haqqında müqavilədən imtina etdi. Rusiya prezidentinin sözlərinə görə, bu, əhəmiyyətli müqavilə idi. ABŞ Avropada – Polşada və Rumınıyada raket hücumundan müdafiə sistemləri qurur. Amerika bildirir ki, bunlar müdafiə raketləridir. Bu, yalandır. Bu, çox təhlükəli müdafiə raketləridir. Onlar bir gecə ərzində hücum raketlərinə çevirilə bilərlər. Nüvə pariteti ola bilər ki, hələ mövcuddur, amma mən buna əmin deyiləm. Əgər xəritəyə baxsaq, onda bütün lojistikanı başa düşürsən. Bu, çox təhlükəli vəziyyətdir. Biz Karib böhranını xatırlayırıq, çox qorxulu idi. Təhlükəni şişirdirlər, sanki Rusiya dünyanı tutmağa hazırlaşır. Amma bunda heç bir məna yoxdur”.

Oliver Stoun hesab edir ki, Putin ABŞ-la danışmağa dəqiq hazırdır.

"Dünyada sülh əldə etmək üçün səy göstərmək lazımdır. Mən bilmirəm, Tramp həqiqətdə nə düşünür. Mən bilmirəm, o nə edə bilər”, - amerikalı rejissor əlavə edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Məsud Pezeşkian Prezident İlham Əliyevə zəng edib
Siyasət 18:48
Məsud Pezeşkian Prezident İlham Əliyevə zəng edib
Milli Məclisin növbəti iclasında 9 məsələ müzakirə ediləcək
Siyasət 17:17
Milli Məclisin növbəti iclasında 9 məsələ müzakirə ediləcək
Prezident Qarabağ Universitetinin yeni fakültələri üzrə işlərdə iştirak edib
Siyasət 15:05
Prezident Qarabağ Universitetinin yeni fakültələri üzrə işlərdə iştirak edib
Rusiya taxılı Azərbaycan vasitəsilə Ermənistana göndərilir
Siyasət 14:13
Rusiya taxılı Azərbaycan vasitəsilə Ermənistana göndərilir
Onlar şəhid sayıla bilməz - Deputat Azərbaycan vətəndaşlarına müraciət edib
Siyasət 12:35
Onlar şəhid sayıla bilməz - Deputat Azərbaycan vətəndaşlarına müraciət edib
Həştərxanın qubernatoru Prezident İlham Əliyevi təbrik edib
Siyasət 12:27
Həştərxanın qubernatoru Prezident İlham Əliyevi təbrik edib
Deputatlar parlamentdə Prezidenti təbrik ediblər
Siyasət 12:02
Deputatlar parlamentdə Prezidenti təbrik ediblər
Ceyhun Bayramov Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibini qəbul edib
Siyasət 21:40
Ceyhun Bayramov Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibini qəbul edib
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
Siyasət 21:32
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol