• $ 1.7
  • € 2.0162
  • ₽ 0.022434
  • ₺ 0.0392
  • £ 2.3224

Milli Parkın bir hissəsinə giriş qadağan olunacaq

 Milli Parkın bir hissəsinə giriş qadağan olunacaq
19.06.2017 15:22
Bakıda keçiriləcək Formula-1 yarışları ilə əlaqədar olaraq Dənizkənarı Milli Park ərazisinin bir hissəsinə giriş qadağan olunacaq.

Anews.az-ın məlumatına görə, Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov APA-ya bildirib ki, ümumi ərazisi 14 km olan Dənizkənarı Milli Parkın yalnız 3 km-dən bir qədər az – "köhnə bulvar” olan hissəsi bağlanacaq.

Onun sözlərinə görə, bu il də, keçən il olduğu kimi, Neftçilər prospekti boyunca olan bulvar hissəsi şəhər sakinləri, yarışa bileti olmayanlar və qonaqlar üçün bağlı olacaq. N.Məcidov qeyd edib ki, yarış günlərində Azneft meydanından Dəniz Vağzalına qədər olan bulvar ərazisi bağlanacaq: "Həmin əraziyə yalnız xüsusi buraxılışı olan insanlar daxil ola biləcək. Yarışlara bilet alan insanlar da həmin günlərdə bulvar ərazisinə daxil ola biləcək. Çünki biletlərin özü buraxılış hesab olunur. Onlar həmin ərazilərdə həm əylənə, həm dincələ, həm də yarışları izləyə biləcəklər". 

N.Məcidov vurğulayıb ki, bulvarın digər hissələri - "Ağ şəhər bulvarı”, "Bayıl bulvarı” və parkın "Yeni bulvar” adlanan hissəsi 24 saat şəhər sakinlərinin və qonaqların üzünə açıqdır. Onun sözlərinə görə, bulvarın həmin hissələrində müəyyən əyləncə və istirahət yerləri olsa da, "köhnə bulvar” hissəsinə nisbətən azdır: "Bu qadağalar keçən il də olub. Yəqin ki, şəhər sakinlərinin müəyyən məlumatı var. Çünki  belə qadağa tətbiq olunması ilk dəfə deyil. Bu da Formula-1 yarışlarının qaydalarına əsasən həyata keçirilir. Yarışların keçirildiyi günlərdə bulvarda çalışan əməkdaşlar üçün xüsusi buraxılış verilib. Parkın ərazisi gündə bir neçə dəfə təmizlənməlidir, bundan başqa, orada müəyyən kommunal xidmətlərlə məşğul olanlar, ağaclara, güllərə, kollara qulluq edənlər var. Ona görə də bulvar işçilərinə də Formula-1 təşkilatçıları tərəfindən xüsusi buraxılışlar verilib və onlar həmin müddətdə işləri ilə məşğul olacaqlar”.  

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Mançester Yunayted" "Arsenal"ı məğlub etdi
İdman 23:02
"Mançester Yunayted" "Arsenal"ı məğlub etdi
Azərbaycan Basketbol Liqasında NTD "Şəki" üzərində qələbə qazanıb
İdman 16:30
Azərbaycan Basketbol Liqasında NTD "Şəki" üzərində qələbə qazanıb
"İnter" rəqibini darmadağın edib
İdman 11:28
"İnter" rəqibini darmadağın edib
Jalə Əhmədova ASF-nin yeni vitse-prezidenti seçilib
İdman 22:59
Jalə Əhmədova ASF-nin yeni vitse-prezidenti seçilib
Rövşən Nəcəf FIFA prezidenti ilə görüşüb
İdman 22:08
Rövşən Nəcəf FIFA prezidenti ilə görüşüb
Azərbaycan Basketbol Liqası: XIV turda daha iki oyun keçiriləcək
İdman 09:48
Azərbaycan Basketbol Liqası: XIV turda daha iki oyun keçiriləcək
"Qarabağ"ın futbolçusu həftənin rəmzi komandasında yer alıb
İdman 21:09
"Qarabağ"ın futbolçusu həftənin rəmzi komandasında yer alıb
Prezident "Qarabağ" klubunu təbrik edib
İdman 00:51
Prezident "Qarabağ" klubunu təbrik edib
Qurban Qurbanovdan qələbə şərhi
İdman 00:45
Qurban Qurbanovdan qələbə şərhi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol