• $ 1.7
  • € 1.9654
  • ₽ 0.021656
  • ₺ 0.0432
  • £ 2.3075

"Elektron ipoteka" sisteminin "Elektron Hökumət" portalına inteqrasiyası başa çatıb

20.06.2017 16:20
"Azərbaycan İpoteka Fondu" ASC-də (AİF) "Elektron ipoteka" sisteminin (EİS) "Elektron Hökumət" portalı ilə inteqrasiya prosesi artıq başa çatıb.

AİF-dən "APA-Economics"ə verilən məlumata görə, bu ilin avqustun 1-dən etibarən EİS "Elektron Hökumət" portalının real vaxt rejimində əhalinin tam istifadəsinə veriləcək.

Belə ki, bundan sonra AİF-in vəsaiti hesabına verilən ipoteka kreditindən yararlanmaq istəyən hər bir şəxs birbaşa internet vasitəsi ilə onlayn rejimində "Elektron Hökumət" portalına (www.e-gov.az) daxil olub, müvafiq qaydada ipoteka kreditinin alınması üçün müraciət etməlidir. Müraciət zamanı qeydiyyatdan keçərkən "Elektron imza" tokeni (www.e-imza.az) və ya "ASAN imza"nı (www.asanimza.az) əldə etməlidir.

Qeyd edək ki, EİS prezident İlham Əliyevin ölkədə elektron xidmətlərin tətbiqi və istehlakçıların hüquqlarının qorunması üzrə tapşırıqlarını rəhbər tutaraq, o cümlədən "Azərbaycan Respublikasında ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında” 22 iyun 2016-cı il tarixli 940 nömrəli fərmanının 4-cü bəndinin icrasını təmin etmək məqsədilə yaradılıb. Sistemin fəaliyyətinin təşkilinin hüquqi, təşkilati və texnoloji əsasları prezidentin 24 noyabr 2016-cı il tarixli 1126 nömrəli fərmanı ilə təsdiq edilmiş "Elektron ipoteka” sistemi haqqında Əsasnamə” ilə müəyyən edilir və onun fəaliyyətinin təşkili, idarə olunması və inkişafı elektron sistemin operatoru kimi AİF tərəfindən təmin edilir.
 
EİS-in tətbiqi ipoteka kreditlərinə çıxış imkanlarının sadələşdirilməsinə, ipoteka krediti almaq istəyən şəxslər üçün bərabər şərait yaradılmasına, müraciətlərə baxılma zamanı şəffaflığın və operativliyin təmin edilməsinə, habelə informasiya-kommunikasiya texnologiyalarının imkanlarından faydalanaraq tələb olunan sənədləri real vaxt rejimində əldə etməklə, sərf olunan vaxta və xərclərə qənaət olunmasına, göstərilən xidmətlərin keyfiyyətinin və səmərəliliyinin artırılmasına xidmət edəcək.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kazino oyunlarının keçirilməsi üçün dövlət rüsumu müəyyən olunur
İqtisadiyyat 14:08
Kazino oyunlarının keçirilməsi üçün dövlət rüsumu müəyyən olunur
Qızılın qiyməti bahalaşıb
İqtisadiyyat 13:30
Qızılın qiyməti bahalaşıb
Azərbaycanda elektrik enerjisinin istehsalı artıb
İqtisadiyyat 13:02
Azərbaycanda elektrik enerjisinin istehsalı artıb
Yelo Bank-dan yeni rəqəmsal kart: Yelo Digital Card!
İqtisadiyyat 12:59
Yelo Bank-dan yeni rəqəmsal kart: Yelo Digital Card!
Bir nəfər orta hesabla aylıq nə qədər pul xərcləyir? - Məbləğ
İqtisadiyyat 11:55
Bir nəfər orta hesabla aylıq nə qədər pul xərcləyir? - Məbləğ

Bank Respublika qan donorluğunun inkişafına verdiyi töhfəyə görə mükafatlandırıldı
İqtisadiyyat 11:37
Bank Respublika qan donorluğunun inkişafına verdiyi töhfəyə görə mükafatlandırıldı
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:34
Azərbaycan nefti bahalaşıb
Avro və rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:32
Avro və rubl ucuzlaşıb - Məzənnə
Azərbaycanda qeydiyyatda olan işsiz şəxslərin sayı açıqlanıb
İqtisadiyyat 17:48
Azərbaycanda qeydiyyatda olan işsiz şəxslərin sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol