• $ 1.7
  • € 1.9924
  • ₽ 0.021118
  • ₺ 0.0397
  • £ 2.2778

Putin Sarkisyanı sıxır: Qarabağ, pul və...

Putin Sarkisyanı sıxır: Qarabağ, pul və...
21.06.2017 10:08
Rusiya-Ermənistan münasibətlərinin pərdəarxasında ciddi narazılıqlar var. Putin Sarkisyanı nələrəsə məcbur edir. Bu, Dağlıq Qarabağ məsələsi də ola bilər, yaxud hər hansı başqa bir məsələ də. Lakin ikitərəfli münasibətlərdə aysberqin görünməyən hissəsində gərginliyin olduğu aşkardır.

Publika.az xəbər verir ki, bu barədə "lragir” saytı yazıb.

Sayt Ermənistan prezidenti Serj Sarkisyanın Rusiya-Ermənistan münasibətləri ilə bağlı müşavirə çağırdığına diqqət çəkib: "Bundan əvvəl Çin, İran və digər ölkələrlə münasibətlərə dair müzakirələr aparılmışdı. Rusiya ilə bağlı müşavirədə yaxın vaxtlarda Moskvaya səfir təyin olunmuş Vardan Toqanyan da iştirak edirdi. Sarkisyan müşavirədə bildirdi ki, iki ölkənin əlaqələrində dostluq münasibətləri əsas faktordur: "Adətən iqtisadi əlaqələr dostluq münasibətləri yaradır, bizdə əksinədir, dostluq münasibətləri iqtisadi əlaqələri möhkəmləndirir”. Güman ki, bu bəyanatın altında Rusiya-Ermənistan münasibətlərinin bütün mahiyyəti var. Sarkisyan faktiki olaraq işarə edir ki, dostluq münasibətləri olmasaydı, Rusiya və Ermənistan arasında iqtisadi əlaqələr də olmazdı. Belə demək mümkünsə, bu "dostluq” siyasi mahiyyət daşıyır”.

Sayt Sarkisyanın bu sözlərlə Putinə mesaj verdiyini qeyd edir.

"Sarkisyan bununla iki ölkə münasibətlərində təhlükələrin olduğuna işarə edir. Bütün bunlar aysberqin görünən hissəsidir. Suyun altında nə baş verdiyi məlum deyil. Dəqiq bilinmir ki, Putin Ermənistana hansı təzyiqləri edir, hansı müzakirələr aparılır, İrəvan nələri fəda verir. Bu təzyiqlər Qarabağ məsələsində də ola bilər. Yaxud mümkündür ki, Ermənistan iqtisadi dəstək istəyir, Moskva bundan israrla qaçır. Yeri gəlmişkən, dünən Qırğızıstan prezidenti Almazbek Atambayev Moskva səfərinin gedişatında Rusiyadan 240 milyon dollar iqtisadi yardım almağa nail oldu”, - deyə sayt diqqətə çatdırıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Məsud Pezeşkian Prezident İlham Əliyevə zəng edib
Siyasət 18:48
Məsud Pezeşkian Prezident İlham Əliyevə zəng edib
Milli Məclisin növbəti iclasında 9 məsələ müzakirə ediləcək
Siyasət 17:17
Milli Məclisin növbəti iclasında 9 məsələ müzakirə ediləcək
Prezident Qarabağ Universitetinin yeni fakültələri üzrə işlərdə iştirak edib
Siyasət 15:05
Prezident Qarabağ Universitetinin yeni fakültələri üzrə işlərdə iştirak edib
Rusiya taxılı Azərbaycan vasitəsilə Ermənistana göndərilir
Siyasət 14:13
Rusiya taxılı Azərbaycan vasitəsilə Ermənistana göndərilir
Onlar şəhid sayıla bilməz - Deputat Azərbaycan vətəndaşlarına müraciət edib
Siyasət 12:35
Onlar şəhid sayıla bilməz - Deputat Azərbaycan vətəndaşlarına müraciət edib
Həştərxanın qubernatoru Prezident İlham Əliyevi təbrik edib
Siyasət 12:27
Həştərxanın qubernatoru Prezident İlham Əliyevi təbrik edib
Deputatlar parlamentdə Prezidenti təbrik ediblər
Siyasət 12:02
Deputatlar parlamentdə Prezidenti təbrik ediblər
Ceyhun Bayramov Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibini qəbul edib
Siyasət 21:40
Ceyhun Bayramov Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibini qəbul edib
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
Siyasət 21:32
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol