• $
  • £

Azərbaycan klubları Avropa Liqasında mübarizəyə başlayır

Azərbaycan klubları Avropa Liqasında mübarizəyə başlayır
29.06.2017 09:00
Bu gün Avropa Liqasında 2017/18 mövsümünə start veriləcək. Apasport.az saytının məlumatına görə, I təsnifat mərhələsində 100 komanda mübarizə aparacaq.
 
Bu isə o deməkdi ki, ilk oyunlar çərçivəsində 50 görüş baş tutacaq.
 
Turnirdəki təmsilçilərimizdən "İnter” üçün "Fola” (Lüksemburq) - "Milsami” (Moldova) cütündə kimin üstün olacağı böyük önəm kəsb edir. Belə ki, bakılılar Serbiyanın "Mladost” komandasını mübarizədən kənarlaşdıracaqları halda, II təsnifat mərhələsində məhz bu cütün qalibi ilə üz-üzə gələcəklər.
 
İlkin mərhələdən azad olan "Qəbələ” isə diqqətini "Dinamo” (Batumi, Gürcüstan) - "Yagelloniya” (Polşa) cütünə yönəldəcək. İki oyunun nəticəsinə görə sevinəcək tərəf növbəti mərhələdə "Qəbələ”nin önünə çıxacaq.
 
Avropa Liqasındakı digər təmsilçimiz "Zirə”nin isə növbəti mərhələyə adlayacağı halda, Rumıniyanın "Astra” klubu ilə üz-üzə gələcəyi öncədən bəlli idi.
 
Avropa Liqası
I təsnifat mərhələsi, ilk oyunlar
29 iyun
 
21:00. "Zirə” (Azərbaycan) - "Differdanj” (Lüksemburq)
22:30. "Mladost” (Serbiya) - "İnter” (Azərbaycan)

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
İdman 14:26
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
"Qarabağ"dan daha bir transfer
İdman 22:14
"Qarabağ"dan daha bir transfer
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
İdman 19:25
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
İdman 18:30
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
İdman 10:00
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
İdman 22:18
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
İdman 23:18
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb
İdman 19:29
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb

Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
İdman 10:04
Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol