Bakida "Musiqi bayram"ı start götürdu

Bu gün Fransanin Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə Bakıda "Musiqi bayrami" start götürüb. Bu bayram 1982-ci ildə təsis edilib və dünyanın 100-dən artıq ölkəsində keçirilir. Bayramı keçirməkdə məqsəd hər hansı musiqi alətində ifa etməyi bacaran şəxslərin küçəyə çıxaraq öz məharətlərini göstərmələrinə şərait yaratmaqdır.
Fransanin Azərbaycandakı səfirinin müavini xanım Fabyen Lazinskinin verdiyi məlumata görə, bu gün saat 16-dan etibatən Bakınin bir neçə yerlərində konsertlər təşkil olunacaq və gənc musiquçilər ifalarını təqdim edəcəklər. "Bu gənclər öz fəaliyyəti ilə musiqi aləmində seçilən gənclərdir. Bu bayramın təşkilində tərəfdaşlarımız Yarat Müasir İncəsənət Mərkəzi, İcərişəhər adminstrasiyası və digərlərinə öz təşəkkürünü bildiririrəm", - deyə xanım Lazinski bildirib.
Milli turizm təbligat burosunun təmsilçisi Kənan Quluzadənin dediyinə görə, bayram Bakının 4 məkanında keçiriləcək və Baknın həyatına rəngarənglik gətirəcəkdir. Malaziya, indoneziya, Misir, Türkiyə və İranin təşəbbüsü ilə Bakıda belə analoji tədbirlər keçirilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 