• $ 1.7
  • € 1.7804
  • ₽ 1.9373
  • ₺ 0.0466
  • £ 2.1477

"Əli və Nino" filmi Dövlət Departamentində nümayiş olunub

03.07.2017 09:40
Amerikanın Beynəlxalq Diplomatik Xidmət Əməkdaşları (The Associates of the American Foreign Service Worldwide) Assosiasiyasının təşkilatçılığı ilə ABŞ Dövlət Departamentinin əsas zallarından biri olan Corc Marşal Auditoriyasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın dəstəyi ilə çəkilmiş "Əli və Nino" filmi nümayiş olunub.

Azərbaycanın ABŞ-dakı səfirliyindən AzVision.az-a verilən məlumata görə, tədbirdə çoxsaylı ABŞ Dövlət Departamentinin əməkdaşları, Vaşinqtonda akkreditə olunmuş səfirlər və ictimai xadimlər iştirak edib.

Amerikanın Beynəlxalq Diplomatik Xidmət Əməkdaşları Assosiasiyasının proqram direktoru Şeyla Svitzer çıxış edərək filmin Qurban Səidin "Əli və Nino” romanı əsasında çəkildiyini və iki gənc arasında yaşanan sevgi hekayəsindən, eləcə də, Birinci Dünya müharibəsi ərəfəsi və müharibə dövründə Azərbaycanda və eləcə də, ümumilikdə Qafqaz regionunda baş verən hadisələrdən bəhs etdiyini qeyd edib.

Amerikanın Beynəlxalq Diplomatik Xidmət Əməkdaşları Assosiasiyasının prezidenti Coanna Asanasopoulos Oven çıxış edərək "Əli və Nino” filminin ABŞ Dövlət Departamentində nümayiş olunması üçün göstərdiyi dəstəyə görə Azərbaycanın ABŞ-dakı Səfirliyinə minnətdarlığını bildirib. O, Oskar mükafatçısı Asif Kapadianın rejisoru olduğu "Əli və Nino” filminin çəkilişində məşhur beynəlxalq kino ulduzlarının, eləcə də, Mandi Patinkin, Adam Bakri, Maria Valverde və Halit Ergencin yer aldığını diqqətə çatdırıb.

Səfir Elin Süleymanov çıxış edərək "Əli və Nino” filminin ABŞ Dövlət Departamentində nümayiş etdirilməsinin böyük əhəmiyyətə malik olduğunu qeyd edib. O "Əli və Nino” romanının tarixi əhəmiyyətindən danışaraq azərbaycanlı və gürcü olan iki gəncin birgə və azad yaşamaq üçün mübarizə apardıqlarını, Azərbaycanın müstəqilliyi naminə böyük qurbanlar verdiklərini və bunun da hazırkı gənc nəsillər üçün bir nümunə olduğunu vurğulayıb. E.Süleymanov filmdə də göstərildiyi kimi dövlət müstəqilliyin həm Azərbaycan, həm də Gürcüstan xalqı üçün qürur mənbəyi olduğunu bildirərək ABŞ tərəfinin bu amilə xüsusi diqqət yetirməsini tövsiyyə edib. Səfir, adıçəkilən roman əsasında çəkilmiş "Əli və Nino” filminin regionumuzdakı milli kimliklərin və onlar arasında qarşılıqlı münasibətlərin başa düşülməsi üçün maraqlı təqdimat rolunu oynaya biləcəyini qeyd edib. E.Suleymanov həmçinin əsərin ərsəyə gəlməsində əməyi keçmiş filmin yaradıcı heyətinə, eləcə də, icraçı prodüser Leyla xanım Əliyevaya dərin təşəkkürünü ifadə edib.

Qeyd edək ki, ABŞ Dövlət Departamentində ilk dəfə olaraq nümayiş etdirilən "Əli və Nino” filmi izləyicilər tərəfindən böyük maraqla qarşılanıb və onlara dərin emosional təsir bağışlayıb.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın Rusiyadakı səfiri Putin üçün mahnı ifa edib  -  VİDEO
Mədəniyyət 10:57
Azərbaycanın Rusiyadakı səfiri Putin üçün mahnı ifa edib - VİDEO
Vatikan Azərbaycanı Alban kilsəsinin beşiyi kimi tanımağa çağırıb
Mədəniyyət 16:08
Vatikan Azərbaycanı Alban kilsəsinin beşiyi kimi tanımağa çağırıb
Mədəniyyət Nazirliyinin sabiq əməkdaşı azadlığa buraxılıb
Mədəniyyət 17:09
Mədəniyyət Nazirliyinin sabiq əməkdaşı azadlığa buraxılıb
Bakıda
Mədəniyyət 13:25
Bakıda "Avropanın rəngləri" sərgisi təşkil olunub - FOTOLAR
Vaqif Mustafayev Prezident tərəfindən təltif olunub
Cəmiyyət 15:59
Vaqif Mustafayev Prezident tərəfindən təltif olunub
Heykəltaraş Natiq Əliyev  beynəlxalq müsabiqənin laureatı seçilib
Mədəniyyət 21:25
Heykəltaraş Natiq Əliyev beynəlxalq müsabiqənin laureatı seçilib
Qarabağ münaqişəsi ilə bağlı yeni filmin təqdimatı keçirilib
Mədəniyyət 19:18
Qarabağ münaqişəsi ilə bağlı yeni filmin təqdimatı keçirilib
Rəng həyatın sevincidir - SƏRGİDƏN REPORTAJ/FOTOLAR
Mədəniyyət 21:52
Rəng həyatın sevincidir - SƏRGİDƏN REPORTAJ/FOTOLAR
M.F.Axundov haqqında yeni kitab nəşr edilib
Mədəniyyət 09:50
M.F.Axundov haqqında yeni kitab nəşr edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol