• $ 1.7
  • € 1.9921
  • ₽ 0.02128
  • ₺ 0.0397
  • £ 2.2735

“Aprel müharibəsi”nin daha bir sirri

“Aprel müharibəsi”nin daha bir sirri
03.07.2017 10:10
Ötən il Azərbaycan Ordusunun işğal altındakı ərazilərin bir qismini azad etməsi ilə nəticələnən "aprel müharibəsi”nin yeni sirri ortaya çıxıb.

Publika.az xəbər verir ki, Ermənistan mediası "aprel müharibəsi”ndə hücumun İrəvan tərəfindən edildiyini dolayısı ilə təsdiqləyib. Ermənistan rəhbərliyi Azərbaycan Ordusunun mövqelərinə hücum edərək, qurduğu siyasi planı həyata keçirmək istəyirmiş. Lakin Azərbaycan Ordusunun cavabı bu planları alt-üst edib.

Erməni jurnalist Naira Ayrumyanın "lragir” saytında yayımlanan məqaləsində "Aprel müharibəsi nəyi etməyə icazə vermədi” başlıqlı məqaləsində yazır ki, işğal edilmiş Azərbaycan torpaqlarında yaradılmış qondarma DQR-də "prezidentliyin” gücləndirilməsi planı olub. Yəni, İrəvan rejimi separatçıların "prezidenti” Bako Saakyanın səlahiyyətlərini gücləndirmək istəyirmiş. Lakin bəzi siyasi partiyalar və klanlar qondarma rejimdə "parlament üsul-idarəsi”nə keçidi dəstəkləyirmiş. Belə ki, 2015-ci ilin dekabrında Ermənistanda keçirilən referendumla ölkənin parlament üsul-idarəsinə keçidi üçün əsas yarandı. Bu ilin 2 aprelində keçirilən parlament seçkilərindən sonra Ermənistan "de-yure" olaraq parlament respublikası sisteminə keçdi. Sadəcə olaraq, bu sistemə gələn il, hazırki prezident Serj Sarkisyanın səlahiyyətini başa vurandan sonra keçiriləcək.

2015-ci ildə Ermənistandakı siyasi partiyaların hamısı yekdilliklə qondarma DQR-in də "parlament sisteminə” keçidi təklifini irəli sürdü. Hesab olunurdu ki, bu sistemlə qondarma rejimin inkişafı təmin olunacaq. Lakin Sarkisyan hakimiyyəti buna qarşı olub və "DQR”-də "prezidentin” vacibliyini sübut etmək üçün "Azərbaycan təhlükəsi” oyununa əl atıb. Bu oyuna görə, erməni hərbi birləşmələri hücuma keçəcək, Azərbaycan qarşılıq verəcək və "parlament sistemini” təklif edənlərə göstəriləcəkdi ki, "Azərbaycan ciddi təhlükəlidir, bunun üçün güclü prezident idarəçiliyi lazımdır”. Hesab olunur ki, döyüşlərin olması planın həyata keçirilməsi üçün lazım olan arqumentləri gücləndirib. Lakin Azərbaycan Ordusunun əks-hücuma keçərək, işğal altındakı torpaqların bir qismini azad etməsi Ermənistan rəhbərliyinin Qarabağda həyata keçirmək istədiyi planı ləngidib və ciddi zədələrə yol açıb.

N.Ayrumyan da yazır ki, "Aprel müharibəsi” "parlament sistemi”ndən imtina ilə nəticələndi və "güclü prezident” varantı önə çıxdı.

"Lakin görünür, bu bir qədər gecikdi. İndi 19-29 iyulda Qarabağda "prezident” seçiləcək və əsas namizəd yekdilliklə Bako Saakyandır”, - deyə o qeyd edir.

Erməni jurnalist onu da əlavə edir ki, "aprel müharibəsi” Ermənistan cəmiyyətində hələ də müəmmalı olaraq qalır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Məsud Pezeşkian Prezident İlham Əliyevə zəng edib
Siyasət 18:48
Məsud Pezeşkian Prezident İlham Əliyevə zəng edib
Milli Məclisin növbəti iclasında 9 məsələ müzakirə ediləcək
Siyasət 17:17
Milli Məclisin növbəti iclasında 9 məsələ müzakirə ediləcək
Prezident Qarabağ Universitetinin yeni fakültələri üzrə işlərdə iştirak edib
Siyasət 15:05
Prezident Qarabağ Universitetinin yeni fakültələri üzrə işlərdə iştirak edib
Rusiya taxılı Azərbaycan vasitəsilə Ermənistana göndərilir
Siyasət 14:13
Rusiya taxılı Azərbaycan vasitəsilə Ermənistana göndərilir
Onlar şəhid sayıla bilməz - Deputat Azərbaycan vətəndaşlarına müraciət edib
Siyasət 12:35
Onlar şəhid sayıla bilməz - Deputat Azərbaycan vətəndaşlarına müraciət edib
Həştərxanın qubernatoru Prezident İlham Əliyevi təbrik edib
Siyasət 12:27
Həştərxanın qubernatoru Prezident İlham Əliyevi təbrik edib
Deputatlar parlamentdə Prezidenti təbrik ediblər
Siyasət 12:02
Deputatlar parlamentdə Prezidenti təbrik ediblər
Ceyhun Bayramov Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibini qəbul edib
Siyasət 21:40
Ceyhun Bayramov Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibini qəbul edib
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
Siyasət 21:32
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol