• $ 1.7
  • € 1.9921
  • ₽ 0.02128
  • ₺ 0.0397
  • £ 2.2735

Milyarderlər 30 il əvvəl və bu gün

Milyarderlər 30 il əvvəl və bu gün
05.07.2017 22:00
Təxminən 30 il əvvəl oktyabrın 5-də "Forbes” dünya milyarderlərinin ilk siyahısını dərc etdi. İki həftə sonra isə "Qara Bazar ertəsində”  ABŞ-ın əsas fond birjası indeksi "Dow Jones Industrial” bir gündə 22,6 faiz dəyərdən düşdü. Siyahıdakı milyarderlərin bəzilərinin sərvətləri azaldı. Buna baxmayaraq, o zamandan indiyə qədər sərvət sahiblərinin sayı artır.

anews.az xarici mətbuata istinadən bildirir ki, keçən il səhm və maliyyə bazarlarında yaşanan qlobal güclənmə sayəsində dünya daxilində milyarderlərin sayı maksimuma - 2 min 43 nəfərə çatıb. Siyahıya daha 140 nəfər əlavə olunub. Hazırda siyahının birincisi Bill Qeytsdir. Bəs keçmişdə ən varlılar kimlər idi?

Nəzərə çatdıraq ki, 1987-ci ildən bu günə qədər milyarderlərin sırasında yer alan 20 nəfər siyahıda qalmağı bacarıb. Onlar Bill Qeyts, Uoerren Baffet, Li Ka-Şing, H.Ross Perote Sr. və David Rockefellerdir.

Amma bir zamanlar siyahıda kimlər yox idi?

1988-ci ildə  Pablo Escobar da daxil olmaqla, üç kolumbiyalı narkotik baronu 5 milyard dollar sərvətləri ilə siyahıda təmsil olunurdular.

1989-cu ildə Nyu-Yorkun daşınmaz əmlak nəhəngi Durst ailəsi 1 milyard dollar sərvətləri ilə "Forbes”də yer alırdılar. 20 ildən sonra ailənin yeganə varisi Robert Durst cinayətdə günahlandırılaraq həbs olundu.

1990-cı ildə Donald Tramp iki il milyarderlər siyahısında yer aldıqdan sonra iflasla üzləşib siyahını tərk etdi.

1991-ci ildə "Nike”ın yaradıcısı Phil Knight 1 milyard dollarlıq sərvətilə ilk dəfə siyahıda yer aldı.

1992-ci ildə jurnal "Wal-Mart”ın ailəsinin dəqiq sərvətini 18.5 milyard dollar göstərmişdi. Bu gün Ualtonların varislərinin ümumi sərvəti 118.6 milyard dollar təşkil edir.

1994-cü ildə Cənub amerikalı qızıl və almaz kralı Harri Oppenheimer Afrikadan ilk milyarder kimi "Forbes”də yer aldı.

1995-ci ildən Bill Qeytsin dünyanın ən zəngin insanı kimi səltənəti başladı.

1997-ci il oliqarxların doğuşu kimi xarekterizə edilir. Boris Berezovski, Mixail Xodorkovski, Vahid Ələkbərov və Rem Vyaxirev Rusiyanın ilk dörd milyarderi kimi siyahıya daxil oldu. "Forbes”in builki siyahısında 96 rusiyalı milyarderin adı yer alır.

1998-ci ildə Asiya Böhranı, quş qripi virusundan sonra asiyalı milyarderin sərvəti 300 milyon dollar azaldı.

2009-cu ildə qlobal maliyyə böhranından sonra milyarderlərin dəqiq sərvəti 2 trilyon dollar azaldı. Siyahıdakı milyarderlərin sayı da əvvəlki illə müqayisədə 30 faiz azaldı.

2011-ci ildə Moskva dünyanın "milyarder paytaxtı” adını qazandı. Şəhərdə yaşayan milyarderlərin sayı 79 nəfər təşkil edir.

2016-cı ildə Çində dünyanın ilk "İHA milyarderləri” peyda oldu. Eyni ildə Donald Tramp (3.5 milyard dollar sərvəti olub) ABŞ-ın 45-ci prezidenti kimi vəzifəsinin icrasına başladı.

2017-ci ildə "Forbes”in siyahısında sərvətini özü qazanan qadın milyarderlərin sayı 2,7 faizə yüksəldi. 10 il əvvəl bu nisbət 1  faiz idi.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İran Rəşt–Astara dəmir yolu üçün torpaq ayrılmasını 2026-cı ilin martına qədər tamamlayacaq
İqtisadiyyat 09:23
İran Rəşt–Astara dəmir yolu üçün torpaq ayrılmasını 2026-cı ilin martına qədər tamamlayacaq
Ermənistanla Azərbaycan arasındakı tranzit yüklərinin detalları açıqlanıb
İqtisadiyyat 14:56
Ermənistanla Azərbaycan arasındakı tranzit yüklərinin detalları açıqlanıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:17
Bu günə olan məzənnə açıqlanıb
Qlobal borc ikinci rübdə rekord 337,7 trilyon dollara çatıb — IIF
İqtisadiyyat 06:27
Qlobal borc ikinci rübdə rekord 337,7 trilyon dollara çatıb — IIF
Kriptovalyuta bazarının son göstəriciləri açıqlanıb
İqtisadiyyat 10:15
Kriptovalyuta bazarının son göstəriciləri açıqlanıb
ABŞ 185 ölkəyə rüsum tətbiq edib - Siyahıda Azərbaycanın da adı var
İqtisadiyyat 09:56
ABŞ 185 ölkəyə rüsum tətbiq edib - Siyahıda Azərbaycanın da adı var

Dünya bazarlarında neft ucuzlaşıb
İqtisadiyyat 10:05
Dünya bazarlarında neft ucuzlaşıb

"Bitcoin"in qiyməti 87 min dollardan aşağı enib
İqtisadiyyat 13:48
"Bitcoin"in qiyməti 87 min dollardan aşağı enib
Avropa anbarlarında qaz ehtiyatları 34,5%-ə qədər azalıb
İqtisadiyyat 13:02
Avropa anbarlarında qaz ehtiyatları 34,5%-ə qədər azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol