• $ 1.7
  • € 1.9897
  • ₽ 0.02109
  • ₺ 0.0415
  • £ 2.2968

Hibrid noutbuk təqdim olundu

Hibrid noutbuk təqdim olundu
06.07.2017 21:00
"Panasonic” şirkəti hibrid formalı təhlükəsiz "Toughbook CF-XZ6” noutbukunu təqdim edib. Yeni cihaz şirkət top menecerləri, biznes konsultant, merçendayzer, auditor və dövlət qulluqçuları üçün nəzərdə tutulub.

anews.az ICTnews-a istinadən bildirir ki, "Panasonic Toughbook CF-XZ6” cihazı 2160x1440 piksel təsvir ölçülü 12 düymlük ekran, yeddinci nəsil "Intel Core i5-7300U vPro” prosessoru, 8 QB-lıq əməli yaddaş və 256 QB-lıq sərtgövdəli daşıyıcı ilə təchiz edilib.

Leptopun qapağını ayırmaqla onu planşetə çevirmək mümkündür. "CF-XZ6” modeli "Panasonic Toughbook” seriyasında dördüncü qurğudur. Cihazın çəkisi 1,18 kq-dır, planşetin çəkisi isə 640 qr-dır. Yeni model 76 sm hündürlükdən yerə düşməyə davamlıdır.

Real vaxt rejimində videokonfransların təşkili və ya foto sənədlərin saxlanılması üçün ön və əsas kameralardan istifadə edilə bilər. Əsas kameranın təsvir ölçüsü 8 meqapikseldir.

Qurğu noutbuk rejimində 14 saatadək fasiləsiz işləyə bilər.

"Toughbook CF-XZ6” biznes noutbukunun qiyməti təxminən 2000 dollar təşkil edir.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hindistan Rusiyadan neft alışını kəskin azaldır
İqtisadiyyat 13:53
Hindistan Rusiyadan neft alışını kəskin azaldır
Azərbaycanda dəmir yolu daşımalarından əldə olunan gəlir 8,2% azalıb
İqtisadiyyat 10:44
Azərbaycanda dəmir yolu daşımalarından əldə olunan gəlir 8,2% azalıb
Avro və rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:25
Avro və rubl ucuzlaşıb - Məzənnə
Bakıda orta aylıq əməkhaqqı 8,1% artıb
İqtisadiyyat 18:00
Bakıda orta aylıq əməkhaqqı 8,1% artıb
Bakıda ictimai iaşə dövriyyəsi 15,7% artıb
İqtisadiyyat 17:56
Bakıda ictimai iaşə dövriyyəsi 15,7% artıb
Azərbaycanın magistral qaz kəmərlərində itkilər artıb, qaz nəqli azalıb
İqtisadiyyat 17:08
Azərbaycanın magistral qaz kəmərlərində itkilər artıb, qaz nəqli azalıb
Azərbaycanın neft kəmərlərində itkilər artıb
İqtisadiyyat 17:05
Azərbaycanın neft kəmərlərində itkilər artıb
Dövlət büdcəsi 2025-ci ilin ilk yarısında 2,7 milyard manat profisitlə icra olunub
İqtisadiyyat 16:45
Dövlət büdcəsi 2025-ci ilin ilk yarısında 2,7 milyard manat profisitlə icra olunub
Açıq tenderlər üzrə iştirakçılıq 7,5% artıb
İqtisadiyyat 14:03
Açıq tenderlər üzrə iştirakçılıq 7,5% artıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol