• $
  • £

Çempionlar Liqasının II təsnifat mərhələsi start götürür

Çempionlar Liqasının II təsnifat mərhələsi start götürür
10.07.2017 19:20
Sabah Çempionlar Liqasında II təsnifat mərhələsinə start veriləcək.

anews.az APA-ya istinadən xəbər verir ki, ilk oyunlar çərçivəsində 17 qarşılaşma baş tutacaq.

Mərhələ Bakıda baş tutacaq "Qarabağ” - "Samtredia” matçı ilə başlayacaq. Ümumiyyətlə,  ilk oyun günündə 4 görüş keçiriləcək.

İyulun 12-də daha çox matç baş tutacaq. Belə ki, mərhələnin 12 qarşılaşması çərşənbə gününə təsadüf edəcək. II təsnifat mərhələsində diqqət çəkən məqam isə oyunlardan birinin qeyri-adi vaxtda keçirilməsi olacaq.

Belə ki, "Linfild”lə "Seltik” arasında görüş ayın 14-də oynanılacaq. Britaniya təmsilçiləri cümə günü qarşılaşmağı razılaşdırıb və UEFA-ya müraciətləri də müsbət həll olunub. Adətən, çərşənbə axşamı və çərşənbə günləri keçirilən Çempionlar Liqasının cümə günü baş tutması isə turnir üçün qeyri-adi haldır.

Çempionlar Liqası
II təsnifat mərhələsi, ilk oyunlar

11 iyul
21:00. "Qarabağ” (Azərbaycan) -"Samtredia” (Gürcüstan)
22:30. "Hibernians” (Malta) - "Zalsburq” (Avstriya)
22:45. "Riyeka” (Xorvatiya) - "Alaskert” (Ermənistan)
22:45. "Partizan” (Serbiya) - "Buduçnost” (Monteneqro) 

12 iyul
20:00. "Spartak” (Latviya) - "Astana” (Qazaxıstan)
21:00. "Zrinski” (Bosniya və Herseqovina) - "Maribor” (Sloveniya)
21:00. "Malmö” (İsveç) - "Vardar” (Makedoniya)
21:00. APOEL (Kipr) - "Dudelanj” (Lüksemburq)
21:00. "Şerif” (Moldova) - "Kukesi” (Albaniya)
21:00. "Hapoel” (Beyer Şeva, İsrail) - "Honved” (Macarıstan)
21:30. BATE (Belarus) - TNS (Uels)
22:00. "Mariehamn” (Finlandiya) - "Legiya” (Polşa)
22:00. "Jalgiris” (Litva) – "Lüdoqorets” (Bolqarıstan)
22:15. "Jilina” (Slovakiya) - "Kopenhagen” (Danimarka)
22:45. "Dandalk” (İrlandiya) - "Rusenborq” (Norveç)
23:15. "Hafnarfyordur” (İslandiya) - "Vikinqur” (Farer adaları)

14 iyul
20:00. "Linfild” (Şimali İrlandiya) - "Seltik” (Şotlandiya)

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
İdman 14:26
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
"Qarabağ"dan daha bir transfer
İdman 22:14
"Qarabağ"dan daha bir transfer
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
İdman 19:25
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
İdman 18:30
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
İdman 10:00
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
İdman 22:18
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
İdman 23:18
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb
İdman 19:29
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb

Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
İdman 10:04
Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol