• $ 1.7
  • € 1.9921
  • ₽ 0.02128
  • ₺ 0.0397
  • £ 2.2735

Ermənilərin təxribatının qarşısı alındı - VİDEO

Ermənilərin  təxribatının qarşısı alındı - VİDEO
11.07.2017 09:58
Azərbaycan ifaçısları növbəti dəfə Batumidə keçirilən "Qızıl ulduz-2017" beynəlxalq müsabiqə-festivalında uğurla çıxış ediblər. Həmin tədbirdə dünyanın bir çox ölkələri, həmçinin İsrail, ABŞ, Qazaxıstan, Ukrayna, Ermənistan, Rusiya, Gürcüstan və başqaları müxtəlif nominasiyalarda (vokal, xoreoqrafiya, teatr yaradıcılığı, bədii söz sənəti və s.) iştirak edib.

Unikal.org sputnik.az-a istinadən xəbər verir ki, Azərbaycan Rəqs Assosiasiyasının prezidenti, Gənclər İttifaqının sədr müavini Əziz Əzizov bildirib ki, Azərbaycan rəqqasları ilk dəfədir ki, bu layihədə iştirak edir. Onun sözlərinə görə, ölkəmizdən Gürcüstana 32 nəfər gedib. İsrail, Rusiya və Qazaxıstandan cəmi bir komanda iştirak edib. Ermənistandan isə yaxşı hazırlaşmış 12 kollektiv, yəni 400 nəfər qatılıb.

"Hər şey yaxşı keçdi. Erməni nümayəndə heyəti çıxışa bir saat qalmış bizi gördü və öz çıxış proqramını dəyişmək qərarına gəldi. Baxmayaraq ki, festivalın şərtlərinə görə, bu, qadağandır. Onlardan bir oğlan məşhur rus şairi Osip Mandelştamın "1905-ci ildə Şuşada erməni soyqırımı" barədə qondarma hadisələrdən bəhs edən "Faytonçu" şeiri ilə çıxış etməli idi. Ermənilər bu şeiri dəyişmək qərarına gəldilər" — deyə Əzizov bildirib.

Səhnədə baş verənləri görən Əzizov Assosiasiyanın vitse-prezidenti Ülviyə Həsənova ilə birlikdə təşkilatçılara öz narazılıqlarını bildiriblər və ictimaiyyət qarşısında üzr istəməyi tələb ediblər. Onun sözlərinə görə, çıxışdan sonra kulis arxasında erməni nümayəndə heyətinin bir neçə üzvü təhqirlər yağdırmağa başlayıblar. Gürcülər onları çətinliklə sakitləşdiriblər.

Əzizov qeyd edib ki, erməni tərəfinə mübahisəni davam etdirdiyinə görə, xəbərdarlıq edilib. Eyni zamanda onların digər nominasiyalar üzrə iştirakçıları da Qran-pri hüququndan məhrum olublar.

"Festival təşkilatçılarının başqa çıxış yolu yox idi. Çünki biz haqlı idik və onlar bizdən üzr istəməli idilər. Uşaq incəsənət festivalı belə təxribatların yeri deyil və uşaqlardan belə məqsədlərlə istifadə etmək olmaz" — deyə Əzizov bildrib.

O, etiraf edib ki, bir çox irimiqyaslı beynəlxalq tədbirlərdə tez-tez bu cür erməni təşkilatçılarla rastlaşır və onlarla kifayət qədər məsafəli davranmağa çalışır. Həmçinin hər iki tərəf özünü korrekt aparmağa cəhd edir.

Gürcüstandakı müsabiqədə baş verən hala gəlincə, görünür, oradakı ermənilər ilk dəfə idi bu cür layihədə iştirak edirdilər və düşünməmişdilər ki, Azərbaycan tərəfi onların nömrəsinə belə kəskin reaksiya verə bilər. Bütün təşkilatçılar tez-tez çıxış edərək iştirakçıları gələcəkdə belə problemlərdən qaçmağa və qalmaqal yaratmamağa çağırırdı.

"Biz erməniləri sərt şəkildə yerlərinə oturtduq, baxmayaraq ki, onlar bizdən dəfələrlə çox idilər. Biz bütün komanda ilə sübut etdik ki, sayımızın nə qədər olmasından asılı olmayaraq, bizə dost olmayanların üzərində qələbə qazana bilərik" — deyə Əzizov bildirib.
 





www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Müğənni səhnədə qəfil öldü - VİDEO
Mədəniyyət 14:41
Müğənni səhnədə qəfil öldü - VİDEO
Nəfəsin valideynləri ondan niyə imtina edib? – “Özümü yetim kimi hiss edirdim”​ ​ – VİDEO
Mədəniyyət 12:23
Nəfəsin valideynləri ondan niyə imtina edib? – “Özümü yetim kimi hiss edirdim”​ ​ – VİDEO
“Uşaq evində böyümüşəm, müəllimlər yeməyimizi öz yetimçələrinə aparırdılar” - Video
Mədəniyyət 23:51
“Uşaq evində böyümüşəm, müəllimlər yeməyimizi öz yetimçələrinə aparırdılar” - Video
“Yeni Kurtlar Vadisi”nin yayım tarixi açıqlandı - VİDEO
Mədəniyyət 22:31
“Yeni Kurtlar Vadisi”nin yayım tarixi açıqlandı - VİDEO
“Uşaq Avroviziyası-2021” müsabiqəsi başlayıb - Canlı
Mədəniyyət 19:56
“Uşaq Avroviziyası-2021” müsabiqəsi başlayıb - Canlı
Bu gün “Uşaq Avroviziyası” keçiriləcək
Mədəniyyət 15:30
Bu gün “Uşaq Avroviziyası” keçiriləcək
Tərəkəmə həyatı-Kişi xalçaçılar, qadın dulusçular-VİDEO
Mədəniyyət 17:18
Tərəkəmə həyatı-Kişi xalçaçılar, qadın dulusçular-VİDEO
Məşhur türkiyəli aktyor Şuşada - Video
Mədəniyyət 23:26
Məşhur türkiyəli aktyor Şuşada - Video
Türkiyədə festivalın ilk mükafatı Arzu Əliyevaya verildi - Video
Mədəniyyət 23:13
Türkiyədə festivalın ilk mükafatı Arzu Əliyevaya verildi - Video
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol