• $
  • £

"Qarabağ" darmadağınla başladı - 5:0

12.07.2017 00:05
"Qarabağ” bu gün yeni avrokubok mövsümünə start verib. 

Unikal.org-un məlumatına görə, Azərbaycan çempionu ardıcıl 4-cü dəfə qatıldığı Çempionlar Liqasında ilk görüşünə çıxıb.
Qitənin ən nüfuzlu turnirinə II təsnifat mərhələsindən başlayan Ağdam təmsilçisi "Samtredia” ilə üz-üzə gəlib.

Matça olduqca sürətli başlayan təmsilçimiz erkən qol vurmağa müyəssər olub. Əfran İsmayılov 10-cu dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirib. Hücumlarını davam etdirən ağdamlılar 37-ci dəqiqədə daha bir dəfə fərqləniblər. Bu dəfə Dino Ndlovu qapını düzgün nişan alıb. CAR millisinin keçmiş üzvü hissənin tamamına saniyələr qalmış özünə qarşı kodubluğa görə təyin olunmuş ikinci penaltini də boşa verməyib. İlk 45 dəqiqə 3:0 hesabı ilə başa çatıb.

İkinci yarıya rəqib hücumlarla başlasa da, çempionumuz soyuqqanlılıqla müdafiə olunub. Rəqibə öldürücü zərbə isə son 10 dəqiqədə vurulub. Əvvəlcə sona 7 dəqiqə qalmış yeni transfer Donald Gerryer debüt oyununda azarkeşləri qolla salamlayıb. Ardınca isə Miçel pərdəni endirən zərbənin müəllifi olub - 5:0.

Beləliklə, Gürcüstan təmsilçisi ötən il "Qəbələ" ilə oyunda olduğu kimi (5:1) bu dəfə də paytaxtımızdan biabırçı məğlubiyyətlə ayrılıb. (apasport.az)




www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
İdman 14:26
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
"Qarabağ"dan daha bir transfer
İdman 22:14
"Qarabağ"dan daha bir transfer
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
İdman 19:25
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
İdman 18:30
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
İdman 10:00
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
İdman 22:18
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
İdman 23:18
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb
İdman 19:29
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb

Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
İdman 10:04
Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol