• $ 1.7
  • € 1.9921
  • ₽ 0.02128
  • ₺ 0.0397
  • £ 2.2735

ABŞ Azərbaycanı dəstəkləyir

ABŞ Azərbaycanı dəstəkləyir
12.07.2017 09:07
"ABŞ-la münasibətlər sürətlə yaxınlaşmağa doğru gedir”, bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov AzTV-yə müsahibəsində deyib. Onun sözlərinə görə, ABŞ Azərbaycanla əməkdaşlığa xüsusi diqqət yetirir: 

"ABŞ-ın dövlət katibi Reks Tillerson 22-ci Dünya Neft Konqresində iştirak edib və prezident İlham Əliyevlə görüşüb. Azərbaycanın enerji sahəsində atdığı addımlara, həyata keçirdiyi layihələrə ABŞ dəstəyini verib. ABŞ "Cənub Qaz Dəhlizi” layihəsinə dəstəyini dövlət katibi vasitəsi ilə nümayiş etdirdi. Bu, çox vacibdir. Eyni zamanda dövlət katibinin prezident İlham Əliyevlə görüşmək istəməsi və bu görüşün baş tutuması ABŞ-ın Azərbaycanla əməkdaşlığa verdiyi böyük diqqətin göstəricisidir”.

N.Məmmədov prezident İlham Əliyevlə ABŞ-ın Dövlət katibi Reks Tillersonun İstanbulda baş tutab görüşündə müzakirə olunan məsələlərdən söz açıb.

"Görüşdə qeyd olundu ki, Azərbaycan kiçik dövlət olsa da, həm regionda, həm də beynəlxalq aləmdə sabitliyə, təhlükəsizliyə öz töhfəsini verir. Görüş zamanı əməkdaşlağın daha da inkişafı, ölkəmizdə həyata keçirilən siyasi və iqtisadi islahatlar, demokratiyanın inkişafı ilə bağlı məsələlər müzakirə edildi. Eyni zamanda Azərbaycan prezidenti tərəfindən qeyd olundu ki, belə bir vəziyyətdə ABŞ bundan sonra Azərbaycanda qeyri-neft sektoruna daha çox diqqət yetirə bilər. Bizim qapılarımız həm dialoqa, həm də əməkdaşlığa açıqdır”.

N. Məmmədov, həmçinin qeyd edib ki, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağmünaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə edilib: 

"Azərbaycan prezidenti xüsusi qeyd etdi ki, ATƏT-in Minsk qrupunun həmsədr dövlət başçılarının bir il əvvəl bəyanat verməsi və bu bəyanatın qüvvədə qalmasına baxmayaraq, münaqişənin nizamlanmasında heç bir addım atılmır. Əksinə təmas xəttində müxtəlif hadisələr baş verir. Son hadisələr də bunlardan biridir. Dünyanın bütün dövlətləri, mətbuat orqanları, rəsmiləri Emənistanın ciddi tənqid atəşinə tutdular.

Görüşdə əsas mövqe, fikir ortaya qoyuldu ki, status-kvonun davam etməsi düzgün, mümkün deyil. Bu, böyük təhlükələrə gətirib çıxarır. İfadə olundu ki, ABŞ dünyanın lider dövləti və Minsk qrupunun həmsədr dövləti kimi bu münaqişənin həllinə daha çox diqqət yetirməlidir. Belə olmayanda bu provakasiyalara, böyük təhlükələrə, risklərə apara bilər”.




www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Məsud Pezeşkian Prezident İlham Əliyevə zəng edib
Siyasət 18:48
Məsud Pezeşkian Prezident İlham Əliyevə zəng edib
Milli Məclisin növbəti iclasında 9 məsələ müzakirə ediləcək
Siyasət 17:17
Milli Məclisin növbəti iclasında 9 məsələ müzakirə ediləcək
Prezident Qarabağ Universitetinin yeni fakültələri üzrə işlərdə iştirak edib
Siyasət 15:05
Prezident Qarabağ Universitetinin yeni fakültələri üzrə işlərdə iştirak edib
Rusiya taxılı Azərbaycan vasitəsilə Ermənistana göndərilir
Siyasət 14:13
Rusiya taxılı Azərbaycan vasitəsilə Ermənistana göndərilir
Onlar şəhid sayıla bilməz - Deputat Azərbaycan vətəndaşlarına müraciət edib
Siyasət 12:35
Onlar şəhid sayıla bilməz - Deputat Azərbaycan vətəndaşlarına müraciət edib
Həştərxanın qubernatoru Prezident İlham Əliyevi təbrik edib
Siyasət 12:27
Həştərxanın qubernatoru Prezident İlham Əliyevi təbrik edib
Deputatlar parlamentdə Prezidenti təbrik ediblər
Siyasət 12:02
Deputatlar parlamentdə Prezidenti təbrik ediblər
Ceyhun Bayramov Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibini qəbul edib
Siyasət 21:40
Ceyhun Bayramov Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibini qəbul edib
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
Siyasət 21:32
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol