• $ 1.7
  • € 1.9921
  • ₽ 0.02128
  • ₺ 0.0397
  • £ 2.2735

Lələ Təpədə ən böyük arzusuna çatan şəhidimiz - FOTOLAR

Lələ Təpədə ən böyük arzusuna çatan şəhidimiz - FOTOLAR
16.07.2017 11:42
Bu gün aprel döyüşlərində şəhid olan gizir Pəncəli Teymurovun doğum günüdür. Yekunxeber.az azvision.az-a istinadən xəbər verir ki, Pəncəli Teymurov 24 mart 1981-ci ildə Astara rayonunun Əzarüd kəndində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yola düşüb.
 
Hərbi xidmətin başa vurduqdan sonra könüllü olaraq xidmətini davam etdirib. 
 
1999-cu ildən başlayaraq Xüsusi Təyinatlı Qüvvələrdə gizir kimi xidmət edib. XTQ-də xidmət etdiyi 17 il ərzində özünü çox bacarıqlı bir kəşfiyyatçı kimi göstərib. Dövlət tərəfindən çoxsaylı medallarla təltif olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2015-ci ildə onu "İgidliyə görə " medalı ilə mükafatlandırıb. 
 
Pəncəli Teymurov 2016-cı ilin aprel ayının əvvəlində Lələtəpə yüksəkliyinin azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhid gizirimiz doğulduğu Astara rayonu Əzarüd kəndində dəfn olunub.
 
Azərbaycan Respublikasının Prezidentinin 2016-cı il 19 aprel tarixli sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda” medalı ilə təltif edilib.
 
Pəncəli Teymurovun ən böyük arzusu canından çox sevdiyi vətəni uğrunda şəhid olmaq idi. O, öz toyunda çıxış edərək "Mən hər zaman xalqım üçün , vətənim üçün canımdan , qanımdan keçməyə hazıram . Mən həmişə özümə arzu eləmişəm ki , vətənim üçün şəhid olum, Azərbaycan Respublikasının ay-ulduzlu üç rəngli bayrağına bükülü tabutum dəfn olunmağa getsin" demişdi.
 









www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Cəmiyyət 16:45
11-ci sinif buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki açıqlanıb
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Cəmiyyət 13:38
Peskov Aktau qəzası ilə bağlı ilkin hesabatı şərh etməyib
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Cəmiyyət 16:18
Bəzi ərazilərdə külək güclənib - Faktiki hava
Xırdalana yeni yollar çəkiləcək
Cəmiyyət 20:48
Xırdalana yeni yollar çəkiləcək
Rusiya aviaşirkəti Azərbaycana uçmaq istəyir
Cəmiyyət 15:41
Rusiya aviaşirkəti Azərbaycana uçmaq istəyir
Bakıda iki media qurumunun sahibinin məhkəməsi keçirilir
Cəmiyyət 14:41
Bakıda iki media qurumunun sahibinin məhkəməsi keçirilir
Bələdiyyələr özünü idarə etmir,  idarə olunur - ekspert ARAŞDIRMA
Cəmiyyət 08:36
Bələdiyyələr özünü idarə etmir, idarə olunur - ekspert ARAŞDIRMA
Cəmiyyət 18:31
"Abzas media" işi üzrə məhkəmə prosesi keçirilib - REPORTAJ
Azərbaycanda ötən il işsizliyin səviyyəsi açıqlanıb
Cəmiyyət 18:05
Azərbaycanda ötən il işsizliyin səviyyəsi açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol