ABŞ-ın vitse-prezidenti: "Donald Tramp ABŞ səfirliyini Qüdsə köçürəcək"
Sizə söz verirəm ki, gün gələcək, prezident Donald Tramp Amerikanın Tel-Əvivdəki səfirliyini Qüdsə köçürəcək.
ABŞ-ın vitse-prezidenti Mayk Pens ölkə Prezidenti Donald Trampın Amerikanın İsraildəki səfirliyinin Tel-Əvivdən Qüdsə köçürməsinə dair fikrini təsdiqləyib.
Bu barədə "Report" "Qazeta.Ru"ya istinadən xəbər verir.
"Sizə söz verirəm ki, gün gələcək, Prezident Donald Tramp Amerikanın Tel-Əvivdəki səfirliyini Qüdsə köçürəcək. Məsələ yalnız zamana bağlıdır", - "Christians United for Israel" sammitində çıxışı zamanı M.Pens deyib.
Vitse-prezident bildirib ki, ABŞ daim İsrailin xeyrinə çıxış edir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər