• $ 1.7
  • € 1.9921
  • ₽ 0.02128
  • ₺ 0.0397
  • £ 2.2735

Prezidentlərin görüşü ilə bağlı müdhiş iddia

Prezidentlərin görüşü ilə bağlı müdhiş iddia
18.07.2017 18:50
Rusiya Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil edəcək. Bu informasiya fonunda Ermənistan prezidenti Serj Sarkisyanın erməni mediasına müsahibəsində dediyi fikirlər diqqət çəkir.

Publika.az xəbər verir ki, erməni siyasi şərhçi Sarkis Artsruni Sarkisyanın prezidentlərin görüşünə getmək istəmədiyini yazır: "Onun müsahibədə dediyi fikirlər də bunu göstərir. Lakin Sarkisyan bu görüşə getməyə məcburdur, çünki Moskvanın təşəbbüsünü rədd edə bilmir”.

S.Artsruni əlavə edir ki, Rusiyanın təşəbbüsü Ermənistan üçün yaxşı heç nə vəd etmir.

"Rusiya ATƏT-in Minsk qrupunun həmsədr ölkəsidir və bu formatda hərəkət edir. Lakin faktiki olaraq, prosesi inhisara alaraq, öz təşəbbüsünü irəli sürür. Moskvanın təşəbbüsü ilə Azərbaycan-Rusiya-Ermənistan formatında keçirilən görüşlərdə həmişə İrəvan ya birtərəfli güzəştlərə məcbur edilir, ya da müharibə xəbərdarlığı alır. Yəni ya əraziləri qaytar, ya da müharibə başlayacaq. "Lavrov planı” (Rusiyanın ərazilərin mərhələli şəkildə qaytarılmasını nəzərdə tutan planı - red.) adlandırılan təkliflər və ötən il baş verən "aprel müharibəsi” də bunu göstərir”, - deyə o bildirib.

Erməni siyasi şərhçi İrəvanın Vyana razılaşmasının yerinə yetirilməsi tələbindən geri çəkildiyini qeyd edir.

Vyana razılaşmasında təmas xəttində "atəşkəsə nəzarət mexanizmləri”nin yaradılması qeyd olunur. Bu isə işğalın davam etməsinə səbəb olan mövcud status-kvonun möhkəmləndirilməsinə xidmət edir.

"Sarkisyan Əliyevlə görüşə məğlub kimi gedir və heç bir şərt irəli sürə bilməyəcək. Əksinə, Rusiyanın təşəbbüsü ilə keçirilən görüşdə Ermənistana şərtlər diktə ediləcək”, - deyə S.Artsruni bildirib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Siyasət 16:35
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Siyasət 15:57
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
DTX-nin hərbi qulluqçularının  maaşları 10% qaldırılıb
Siyasət 17:32
DTX-nin hərbi qulluqçularının maaşları 10% qaldırılıb
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Siyasət 14:52
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Siyasət 16:01
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Vaşinqton Qafqazda sabitliyi pozur   - Kreml
Siyasət 17:18
Vaşinqton Qafqazda sabitliyi pozur - Kreml
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Siyasət 13:16
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Siyasət 15:53
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol