• $ 1.7
  • € 1.9921
  • ₽ 0.02128
  • ₺ 0.0397
  • £ 2.2735

Səlim Müslümovdan pensiya açıqlaması

Səlim Müslümovdan pensiya açıqlaması
19.07.2017 11:54
Əmək pensiyalarının orta aylıq məbləği il ərzində 6,4% artıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, bunu Dövlət Sosial Müdafiə Fondunun 2017-ci ilin birinci yarısına dair fəaliyyətinin nəticələrinə və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

S.Müslümov bildirib ki, pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə Azərbaycan Prezidentinin müvafiq sərəncamına əsasən 2017-ci ilin yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinin əvvəlki ilin istehlak qiymətləri indeksinə uyğun, yəni 12,4 faiz indeksləşdirilərək artırılması həyata keçirilib:

"Ümumiyyətlə, sosial təminat sisteminin mühüm bir sahəsi olan pensiya təminatı sahəsində artım dinamikası 2017-ci ildə də davam edir. Cari ilin 1 iyul tarixinə ölkədə əmək pensiyalarının orta aylıq məbləği ötən ilin müvafiq dövrünə nisbətən 6,4% artaraq 201,7 manata, o cümlədən yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 6,4% artaraq 224 manata çatıb. Pensiyaçıların sayı isə cari ilin 1 iyul tarixinə 1 milyon 325 min nəfər (ölkə əhalisinin 13,5%-i) təşkil edir ki, onlardan 59,2 faizi yaşa görə, 11,5 faizi ailə başçısını itirməyə görə, 29,3 faizi əlilliyə görə pensiya alanlardır".

Nazir Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci il 01 may tarixli fərmanı ilə pensiya qanunvericiliyində bu il iyulun 1-dən qüvvəyə minən dəyişikliklərin pensiya təminatı sisteminin fəaliyyətində sığorta prinsiplərini əhəmiyyətli şəkildə gücləndirdiyini vurğulayıb:

"Bununla da bazar iqtisadiyyatı şəraitində əhalinin sosial müdafiəsində mühüm faktor kimi vətəndaşların pensiya təminatı sistemində və üzləşə biləcəkləri sosial risklərin səmərəli idarə olunmasında, bu risklərin mənfi nəticələrinin minimallaşdırılmasında daha fəal iştirakı stimullaşdırılır. Qazanılan pensiya hüquqları ilə toplanılan sığorta vəsaitləri arasında balanslaşdırmanın həyata keçirilməsi, pensiya təminatı sistemində təyin olunan pensiya məbləğinin ödənilən sığorta haqqına mütənasibliyi, sığorta prinsiplərinə uyğun olmayan ödəmələrin tənzimlənməsi və s. kimi mühüm məsələlərin həlli təmin olunur. Eyni zamanda bu dəyişikliklər başlıca məqsədlərdən biri olan - pensiya təminatı sisteminin uzunmüddətli dövr üzrə maliyyə dayanıqlılığına əsaslı təminat verir".
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR Türkiyədə 870 MVt-lıq elektrik stansiyasını 225 milyon dollara alıb
İqtisadiyyat 14:43
SOCAR Türkiyədə 870 MVt-lıq elektrik stansiyasını 225 milyon dollara alıb
Kreditini Birbank-a gətirənlər 3% endirim qazanır- Kampaniya davam edir
İqtisadiyyat 14:37
Kreditini Birbank-a gətirənlər 3% endirim qazanır- Kampaniya davam edir
Yelo Bank əməkdaşları arasında futbol çempionatı keçirilib
İqtisadiyyat 11:50
Yelo Bank əməkdaşları arasında futbol çempionatı keçirilib
Azərbaycana yatırılan investisiyaların həcmi 360 milyard dolları ötüb
İqtisadiyyat 11:18
Azərbaycana yatırılan investisiyaların həcmi 360 milyard dolları ötüb
Bakının 3 rayonunda təbii qaz olmayacaq
İqtisadiyyat 09:51
Bakının 3 rayonunda təbii qaz olmayacaq
Azərbaycanın "Azeri Light" nefti 1,46 dollar bahalaşıb
İqtisadiyyat 09:48
Azərbaycanın "Azeri Light" nefti 1,46 dollar bahalaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:13
Avro bahalaşıb, rubl ucuzlaşıb - Məzənnə
Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır
İqtisadiyyat 17:30
Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır
Əsədov: Azərbaycan–Türkiyə ticarət dövriyyəsi 2025-ci ilin 11 ayında 7.5% azalıb
İqtisadiyyat 16:47
Əsədov: Azərbaycan–Türkiyə ticarət dövriyyəsi 2025-ci ilin 11 ayında 7.5% azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol