FES yeni rəhbər axtarır
FES-in ilk qadın rəhbəri Canet Yellen növbəti ilin fevral ayında dörd illik fəaliyyətinə son verəcək.
anews.az xarici mətbuata istinadən xəbər verir ki, C.Yellenin FES sədrliyinə vida etməsi yenidən bu posta təyin olunması ehtimalından yüksəkdir.
Xatırladaq ki, C.Yellen sabiq ABŞ prezidenti Barak Obama tərəfindən bu vəzifəyə təyin olunmuşdu. Səlahiyyətlərinin icrasına 2014-cü ilin 3 fevralında başlamışdı.
Hazırda Yellenin vəzifəsinə davam edib-etməyəcəyi, postunu tərk edəcəyi halda bunun bazarlara təsirinin necə olacağı maraq doğurur.
İqtisadçıların rəyinə görə, FES sədrliyinə gələcək yeni ad hazırkı siyasəti davam etdirərsə, bazarlar bundan elə də təsirlənməyəcəklər. Əks halda inamsızlıq yaranacaq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər