Tramp Putinlə olan ikinci görüşdən danışdı
ABŞ prezidenti Donald Tramp The New York Times qəzetinə müsahibəsində Rusiya lideri Vladimir Putinlə Hamburqda şam yeməyi zamanı qeyri-rəsmi görüşdə nəyi müzakirə etdiklərini danışıb.
anews.az-ın məlumatına əsasən, ABŞ prezidenti Putinlə "təxminən 15 dəqiqə, əsasən, zarafat formasında söhbət etdiklərini” bildirib və "övladlığa götürmə məsələsi”ni müzakirə etdiklərini təsdiqləyib.
Trampın sözlərinə görə, onun həyat yoldaşı Melania şam yeməyi zamanı masanın qarşı tərəfində Rusiya prezidentinin yanında əyləşmişdi.
"Desert vaxtı yaxınlaşırdı. Mən Melaniaya "salam” demək üçün yaxınlaşdım və o tərəfdə olduğum üçün Putinlə də salamlaşdım. Əslində, bu, zarafat formasında olan söhbət idi və qısa sürdü, bəlkə də, 15 dəqiqəyə yaxın. Biz hər şeydən danışırıqdıq. Ümumiyyətə, söhbətimiz çox maraqlı alındı, övladlığa götürmədən də danışdıq”, - ABŞ prezidenti bildirib.
Xatırladaq ki, dünən KİV-lərdə ABŞ prezidenti Donald Tramp "G-20” sammiti çərçivəsində rusiyalı həmkarı Vladimir Putinlə şam yeməyi zamanı görüşünün baş tutması barədə xəbər yayılmışdı. ABŞ lideri "Twitter” səhifəsində yayılan məlumatları təkzib etmişdi.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər