• $ 1.7
  • € 1.9921
  • ₽ 0.02128
  • ₺ 0.0397
  • £ 2.2735

Soçi görüşündən sonra cəbhədə vəziyyət niyə pisləşib?

Soçi görüşündən sonra cəbhədə vəziyyət niyə pisləşib?
24.07.2017 18:09
Cəbhədə erməni təxribatları ara vermir. Xüsusilə son günlər düşmən atəşkəs rejimini artan xəttlə pozmaqda davam etdirir. Cəbhəyanı rayonlarımızdakı kəndlər bilərəkdən yandırılır. Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putin arasında Soçidə keçirilən görüşdən sonra isə erməni tərəfi təxribatçı əməllərini daha da genişləndirib. Erməniləri belə aqressiv edən nədir?

Məsələni AzVision.az-a şərh edən politoloq Qabil Hüseynli bildirib ki, Soçidə Azərbaycanprezidentinin Rusiyanın dövlət başçısı Vladimir Putinlə görüşündən sonra ermənilər atəşkəsi pozmaqla Rusiya və Azərbaycana mesaj vermək istəyirlər. Yəni, Sarkisyan rejiminin aqressiyasının artmasına səbəb Putin-Əliyev yaxınlaşmasıdır.

"Zənnimcə, Putin-Əliyev görüşündə Dağlıq Qarabağ münaqişəsinin bütün nüansları müzakirə edilib. Eyni zamanda cəbhədə atəşkəsin pozulma hallarının artması, ermənilərin mülki əhaliyə qarşı hərəkətləri, cəbhəyanı kəndlərin düşmən tərəfindən xüsusi maddələrlə yandırılması Putinin diqqətinə çatdırılıb. Bu isə ermənilərin xeyli pərişan olmasına gətirib çıxarıb”, - deyə Q.Hüseynli bildirib.

Politoloqun fikrincə, Azərbaycanın yeritdiyi siyasət ermənilərin mövqelərini zəiflətməkdədir: "Ermənilər atəşkəs rejimini pozmaqla həm Rusiyaya mesaj göndərir, həm də özlərinin dediyi kimi, Azərbaycan tərəfinin gözünü qorxutmağa çalışırlar. Amma, bunlar əbəs şeylərdir. Azərbaycan təkcə Rusiyaya yönəlik xarici siyasət yürütmür. Azərbaycanın Qərb ölkələri ilə də sıx əlaqələri var. Bu əlaqələr Rusiyanın hərəkətə gəlməsinə səbəb olub. Bütün bunlar ermənilərin kürkünə birə salıb. Onlar da cəbhədə təxribatlar törədib, bunu dünya ictimaiyyətinə fərqli tonlarla, guya ordumuzun təxribatları kimi çatdırmağa cəhd edirlər. Amma bu, artıq mümkün deyil. Ermənilər təcavüzkardır. Azərbaycanın haqqı var ki, ərazi bütövlüyünü təmin etmək üçün hər bir forma və metoddan istifadə etsin. Ona görə də ermənilər cəbhədə təxribatlara əl atmaqdansa, öz ərazilərinə çəkilməlidirlər”.

Politoloq Fikrət Sadıqov isə qeyd edib ki, Ermənistanın bu təxribatlara əl atmasında iki mühüm amil rol oynayır: "Birincisi, Ermənistan Rusiyanın münaqişənin həllində ədalətli mövqe tutacağından narahatdır. Ermənistan tərəfi Putin-Əliyev görüşündən ciddi təşviş keçirirdi. Hazırda Ermənistan bu təxribatlarla nə etmək istəyir? Sübut etmək istəyirlər ki, Azərbaycan danışıqların tərəfdarı olduğunu bəyan etsədə, əslində atəşkəsi pozan tərəfdir, danışıqlardan yayınır.

İkinci amil isə ondan ibarətdir ki, Ermənistan bu təxribatlarla öz müttəfiqlərini prosesə cəlb etmək istəyir. Plan belədir: Ermənistan cəbhədə vəziyyəti gərginləşdirir və Azərbaycan onlara zərbə endirir. Bundan sonra Ermənistan müttəfiqlərinin, yəni Rusiyanın məsələyə cəlb olunmasına çalışır. Hesab edirəm ki, ermənilərin təxribatlarının arxasında bu niyyətlər durur”. 

Elvin Abdulqədirov
AzVision.az


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Siyasət 16:35
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Siyasət 15:57
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
DTX-nin hərbi qulluqçularının  maaşları 10% qaldırılıb
Siyasət 17:32
DTX-nin hərbi qulluqçularının maaşları 10% qaldırılıb
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Siyasət 14:52
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Siyasət 16:01
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Vaşinqton Qafqazda sabitliyi pozur   - Kreml
Siyasət 17:18
Vaşinqton Qafqazda sabitliyi pozur - Kreml
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Siyasət 13:16
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Siyasət 15:53
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol