• $ 1.7
  • € 1.9921
  • ₽ 0.02128
  • ₺ 0.0397
  • £ 2.2735

İrandan Qarabağa gözlənən hücum

İrandan Qarabağa gözlənən hücum
24.07.2017 20:48
Rusiya sərhədçiləri Dağlıq Qarabağın İranla sərhədlərini qoruya bilərmi?

Oxucu bunun cəfəngiyyat olduğunu deyəcək və doğru da edəcək. Axı Rusiya və hətta Ermənistan da daxil olmaqla heç bir ölkə Azərbaycanın bu regionunu müstəqil subyekt kimi tanımır. Həm də İranın Dağlıq Qarabağ ilə heç bir sərhədi yoxdur.

Amma Rusiyanın Ermənistan işğalçılarını dəstəkləyən bəzi KİV-ləri  hesab edirlər ki, bu, mümkündür. Hətta bunun səbəbini də göstərməyə cəhd edirlər.
Birincisi, onlar çox sevnirlər ki, Rusiya sərhədçiləri erməni həmkarları ilə İrandan Dağlıq Qarabağa sızmaq istəyən pozucuların cəhdi ilə bağlı hansısa ssenari işləyiblər. Rusiyanın "Reqnum” saytı yazır ki, bu cür ssenariyə diqqət çox olmalıdır və nəzərə almaq lazımdır ki, bu cür təlim ilk dəfədir ki, keçir.
"Məsələ bundadır ki, İranda 20 milyondan artıq azərbaycanlı yaşayır. Onların Bakıda və Azərbaycanın digər şəhərlərində qohumları var. Bax onlar Qarabağ ərazisinə daxil ola bilərlər”,- deyə özünü Rusiya KİV-i kimi təqdim edən erməni saytı yazır.]

Təbii ki, İranda bu barədə heç nə bilmirlər. Bundan başqa, məqalədə bu məsələyə Trampın da, Vaşinqtonun da adı qatılıb. Göstərilir ki, onlar Tehranla düşmənçilik kursu götürüblər və bu cür qarşıdurma Qafqaz da öz təsirini göstərə bilər. Məqalədə ən böyük qəribəlik Dağlıq Qarabağ sərhədlərinin bu cür "möhkəmlənməsinə” Azərbaycanın da maraqlı olmasının iddia edilməsidir. Bir məşhur lətifədə olduğu kimi: "Arvadını dayıya ver, get, özünə xala axtar”.
Rəsmi Bakı artıq bu təxribata cavab verib. Yuşmaq dillə deyilsə, erməni - Rusiya təlimləri çox Bakını çox təəccübləndirib. Təbii ki, bu, Bakını təəccübləndirməyə bilməzdi. Özü də, "Reqnum”un iddia etdiyinə görə, Moskva İrəvan siyasətçilərinin başından keçən "İran - Dağlıq Qarabağ sərhəddinin” texniki bərpasında  iştrak etmək niyyətindədir.

Axı İrəvaanın ən böyük arzusu istənilən yolla Rusiyanı Qarabağ münaqişəsinə cəlb etməkdir. Çünki öz gücləri artıq çatmır. Keçən ilin apreli bunu aydın başa saldı. Bu günlərdə Soçidə Rusiya prezidenti Vladimir Putinlə Azərbaycan prezidenti İlham Əliyevin görüşü olub. Görüşdə Qarabağ münaqişəsinin həllinə çox diqqət ayrılıb.

Xüsusi qeyd etmək lazımdır ki, prezidentlər Rusiya və Azərbaycanın strateji tərəfdaşlıq münasitəblərinin vacibliyini bir daha sübut etdilər. Ermənistanda və Rusiyada isə bəziləri bunu istəmirlər.

Mais Məmmədov, əməkdar jurnalist   

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident Qarabağ Universitetinin yeni fakültələri üzrə işlərdə iştirak edib
Siyasət 15:05
Prezident Qarabağ Universitetinin yeni fakültələri üzrə işlərdə iştirak edib
Rusiya taxılı Azərbaycan vasitəsilə Ermənistana göndərilir
Siyasət 14:13
Rusiya taxılı Azərbaycan vasitəsilə Ermənistana göndərilir
Onlar şəhid sayıla bilməz - Deputat Azərbaycan vətəndaşlarına müraciət edib
Siyasət 12:35
Onlar şəhid sayıla bilməz - Deputat Azərbaycan vətəndaşlarına müraciət edib
Həştərxanın qubernatoru Prezident İlham Əliyevi təbrik edib
Siyasət 12:27
Həştərxanın qubernatoru Prezident İlham Əliyevi təbrik edib
Deputatlar parlamentdə Prezidenti təbrik ediblər
Siyasət 12:02
Deputatlar parlamentdə Prezidenti təbrik ediblər
Ceyhun Bayramov Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibini qəbul edib
Siyasət 21:40
Ceyhun Bayramov Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibini qəbul edib
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
Siyasət 21:32
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
Azərbaycan və Türkiyə yeni 110-bəndlik fəaliyyət planını təsdiqləyəcək – Baş nazir
Siyasət 16:39
Azərbaycan və Türkiyə yeni 110-bəndlik fəaliyyət planını təsdiqləyəcək – Baş nazir
İki kollecə yeni təyinat olub
Siyasət 15:30
İki kollecə yeni təyinat olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol