• $ 1.7
  • € 1.9921
  • ₽ 0.02128
  • ₺ 0.0397
  • £ 2.2735

Erməni uşaqların Azərbaycana hücumu

Erməni uşaqların Azərbaycana hücumu
25.07.2017 10:30
Erməni KİV-ləri Ermənistan Müdafiə Nazirliyinin təqdimatı ilə növbəti yalan məlumat yayıblar.

Məlumatda deyilir ki, Azərbacan Silahlı Qüvvələri Ermənistanın hansısa sərhədyanı kəndini atəşə tutaraq hansısa yeniyetməni öldürmək istəyiblər. İddia ediblər ki, Azərbaycan Silahlı Qüvvələrinin əsas döyüş tapşırığı məhz bu uşağın məhvi olub. Erməni KİV-lərinin iddiasına görə uşaq gizlənib və sağ qalıb. 
Azərbaycan Müdafiə Nazirliyi artıq bu dezinformasiyaya rəsmi cavab verib. Bəs  bu cür yalan xəbərlər nəyə lazımdır? Məsələ bundadır ki, ermənilər tərəfindən Fizuli rayonunun Alxanlı kəndinə hücum zaman dinc sakinlər - nənə və onun iki yaşlı nəvəsi öldürüldükdən sonra dünya birliyi bu qanlı hadisəyə görə İrəvanı sərt qınamışdı. Ermənistan tərəfindən Azərbaycan silahlı qüvvələrinin bu kənddə iri hərbi baza yerləşdirməsi barədə yaydığı uydurmalara isə fikir verən olmamışdı.

İndi İrəvanın qara piar mütəxəssisləri Azərbaycana qarşı uşaq kartı açmaq niyyətindədir, yəni iddia edirlər ki, kiçik bir erməni uşağı Azərbaycan ordusunun hücumuna duruş gətirməyi bacara bilib.

Əslində isə, ermənilər özləri uşaqları qətlində böyük təcrübəyə malikdirdlər. Sadəcə, Xocalını xatırlamaq yerinə düşər. Orada qadınların və yaşlıların parçalanmış cəsədlərinin yanında uşaqldarın əzab dolu baxışlarının donduğu meyitlər də vardı. İndiki erməni prezidenti Serj Sarkisyan özü də illər keçəndən sonra Xocalıdakı qırğın faktını təsdiqləmişdi. Etiraf etmişdi ki, ermənilər bu yolla azərbaycanıları qoxutmaq istəyiblər ki, Qarabağı tərk etsinlər.

Amma Azərbaycanı belə şeylərlə qorxutmaq mümkün deyil. Bu, sadəcə, əli qana batmış murdar Sarkisyan rejiminə nifrəti bir qədər də artırır. Azərbaycan əlindən gələn hər şeyi edəcək ki, işğal edilmiş bütün torpaqlarını geri qaytarsın. Faktiki olaraq, bu keçən ilin aprelindən başlayıb. Buna görə də Ermənistan siyasətçiləri yalvarır ki, Rusiya Azərbaycana silah satmasın. Azərbaycan isə artıq bir neçə dəfə bu silahları ustalıqla işlədə bildiyini sübut edib.

Mais Məmmədov, əməkdar jurnalist   






www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident Qarabağ Universitetinin yeni fakültələri üzrə işlərdə iştirak edib
Siyasət 15:05
Prezident Qarabağ Universitetinin yeni fakültələri üzrə işlərdə iştirak edib
Rusiya taxılı Azərbaycan vasitəsilə Ermənistana göndərilir
Siyasət 14:13
Rusiya taxılı Azərbaycan vasitəsilə Ermənistana göndərilir
Onlar şəhid sayıla bilməz - Deputat Azərbaycan vətəndaşlarına müraciət edib
Siyasət 12:35
Onlar şəhid sayıla bilməz - Deputat Azərbaycan vətəndaşlarına müraciət edib
Həştərxanın qubernatoru Prezident İlham Əliyevi təbrik edib
Siyasət 12:27
Həştərxanın qubernatoru Prezident İlham Əliyevi təbrik edib
Deputatlar parlamentdə Prezidenti təbrik ediblər
Siyasət 12:02
Deputatlar parlamentdə Prezidenti təbrik ediblər
Ceyhun Bayramov Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibini qəbul edib
Siyasət 21:40
Ceyhun Bayramov Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibini qəbul edib
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
Siyasət 21:32
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
Azərbaycan və Türkiyə yeni 110-bəndlik fəaliyyət planını təsdiqləyəcək – Baş nazir
Siyasət 16:39
Azərbaycan və Türkiyə yeni 110-bəndlik fəaliyyət planını təsdiqləyəcək – Baş nazir
İki kollecə yeni təyinat olub
Siyasət 15:30
İki kollecə yeni təyinat olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol