• $ 1.7
  • € 1.9921
  • ₽ 0.02128
  • ₺ 0.0397
  • £ 2.2735

ABŞ-dan Rusiyaya sərt sanksiya - Avropa ayağa qalxdı

ABŞ-dan Rusiyaya sərt sanksiya - Avropa ayağa qalxdı
26.07.2017 12:20
ABŞ Konqresinin nümayəndələr Palatasının əksəriyyəti iyulun 25-də Rusiya, İran və Şimali Koreyaya qarşı yeni sanksiyaların tətbiq edilməsini nəzərdə tutan qanun layihəsinin lehinə səs verib.  

anews.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb. 

Bu qərarı həm ABŞ prezidenti Donald Trampın rəhbərlik etdiyi partiyanın üzvləri, həm də demokratlar fəal şəkildə dəstəkləyiblər. 

Sonra sənəd Senatda baxışa çıxarılacaq, daha sonra imza üçün prezidentə təqdim ediləcək. 

Senat rəhbərliyi Konqresin yuxarı palatasının qanun layihəsini nə zaman nəzərdən keçirə biləcəyini açıqlamayıb. Ağ evdən bəyan ediblər ki, prezident bu sənədi imzalamaq barədə hələ qərar verməyib. 

Bundan başqa, sanksiyalar paketini yenidən nəzərdən keçirmək tələbi ilə ABŞ müəssisələrinin nümayəndələri də çıxış etmişdilər. Yeni sanksiyalar Avropada tənqid atəşinə tutulub. Həmçinin məlum olub ki, Avropa İttifaqı Moskvaya qarşı tətbiq edilən yeni sanksiyalara cavab verə bilər. Əsasən də Aİ Amerika şirkətlərinin Avropa banklarında kreditlərə çıxışını məhdudlaşdıra bilər.  

Qanun layihəsi sanksiyaların ləğv edilməsinə dair prezidentin səlahiyyətlərinin məhdudlaşdırılmasını və bu məsələlərdə son sözün konqresə məxsus olmasını nəzərdə tutur. 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstan DTX-nin keçmiş rəhbərihəbs edilib
Dünya 14:29
Gürcüstan DTX-nin keçmiş rəhbərihəbs edilib
İsrail ordusu üç Hizbullah üzvünü zərərsizləşdirib
Dünya 12:55
İsrail ordusu üç Hizbullah üzvünü zərərsizləşdirib
İran Rusiyadan imtina etmək barədə Avropanın tələblərini rədd edib
Dünya 09:52
İran Rusiyadan imtina etmək barədə Avropanın tələblərini rədd edib
Tramp Luiziana qubernatorunu Qrenlandiya üzrə xüsusi elçi təyin edib
Dünya 08:48
Tramp Luiziana qubernatorunu Qrenlandiya üzrə xüsusi elçi təyin edib
Tramp administrasiyası 48 xarici diplomatik nümayəndəliyin rəhbərini geri çağıracaq
Dünya 23:35
Tramp administrasiyası 48 xarici diplomatik nümayəndəliyin rəhbərini geri çağıracaq
Türk hərbçilərinin Liviyadakı xidmət müddəti uzadılıb
Dünya 23:00
Türk hərbçilərinin Liviyadakı xidmət müddəti uzadılıb
Gələn ildən İstanbul-İrəvan aviareysinin sayı artırılacaq
Dünya 20:01
Gələn ildən İstanbul-İrəvan aviareysinin sayı artırılacaq
Putin və Paşinyan Sankt-Peterburqda görüşüb
Dünya 18:32
Putin və Paşinyan Sankt-Peterburqda görüşüb
İŞİD liderlərindən biri saxlanılaraq Türkiyəyə gətirilib
Dünya 18:30
İŞİD liderlərindən biri saxlanılaraq Türkiyəyə gətirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol