Dolu İstanbulu vurdu havada dəhşət yaşandı
Ötən gün axşam saatlarında Türkiyənin İstanbul şəhərində başlayan fırtına həyatı iflic edib. İstiPress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, sinoptiklərin fırtına ilə bağlı xəbərdarlıqlarına baxmayaraq əhali və turistlər hazırlıqsız olublar.
Saat 18 radələrində hava bir anda qaralıb, bundan sonra isə güclü yağış, dolu və külək başlayıb. Fırtına insanların işdən çıxdığı vaxta düşdüyü üçün problemlər daha da çox olub.
Qısa müddət ərzində güclü yağış nəticəsində yaranan sel suları yolları, mağazaları basıb, avtobus və maşınlar su altında qalıblar. Bəzi sürücülər avtomobillərini ataraq seldən üzərək can qurtarmağa çalışıblar, ictimai nəqliyyat istifadəçiləri isə avtobus, traleybusların üzərinə çıxmaqla xilas olublar.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox