• $ 1.7
  • € 1.9828
  • ₽ 0.021134
  • ₺ 0.0416
  • £ 2.2963

TAP-ın tikintisində istifadə olunacaq boruların 80%-dən çoxu qəbul edilib

TAP-ın tikintisində istifadə olunacaq boruların 80%-dən çoxu qəbul edilib
28.07.2017 21:00
Boru kəmərinin tikintisində 55 min borudan istifadə olunacaq.

Azərbaycan qazının Avropaya nəqli üçün inşa olunan Trans-Adriatik Boru Kəmərinin (TAP) Yunanıstan, Albaniya və İtaliyada tikintisində istifadə olunacaq polad boruların 80%-dən çoxu qəbul edilib.

"Report” bu barədə TAP-a istinadən xəbər verir.

"TAP-ın tikintisi üçün 55 min polad borunun 80%-indən çoxu Yunanıstan, Albaniya və İtaliyada qəbul edilib”, - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. 

Bu boru kəməri Türkiyə-Yunanıstan sərhədindəki Kipoy ərazisində TANAP (Trans-Anadolu) boru kəmərinə qoşulacaq və Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.

"Şahdəniz" konsorsiumu iki il ərzində müxtəlif seçim variantlarını nəzərdən keçirdikdən sonra 2013-cü il iyunun 28-də TAP kəmərini seçdiyini rəsmən açıqlayıb. Boru kəmərinin ümumi uzunluğu 878 km-dir. 

Bunun da 550 km-i Yunanıstan ərazisini, 215 km-i Albaniyanı, 105 km-i Adriatik dənizini, 8 km-i isə Cənubi İtaliyanı əhatə edəcək. Boru kəmərinin ən yüksək nöqtəsi Albaniya dağlarında (1 800 m), ən aşağı hissəsi isə (-820 m) dənizin dibində olacaq.

2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlqoyma mərasimi keçirilib. 2020-ci ildə Azərbaycan qazının Avropaya çatdırılacağı nəzərdə tutulur.

TAP-ın səhmdarları rolunda BP (20%), SOCAR (20%), "Snam S.p.A." (20%), "Fluxys" (19%), "Enagas" (16%) və "Axpo" (5%) şirkətləri çıxış edir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əmtəəlik təbii qaz ehtiyatlarının həcmi açıqlanıb
İqtisadiyyat 12:48
Əmtəəlik təbii qaz ehtiyatlarının həcmi açıqlanıb
Əhalinin qaz istehlakı artıb
İqtisadiyyat 12:45
Əhalinin qaz istehlakı artıb
Macarıstan “Drujba” kəməri ilə neft idxalını bərpa edib – nazir
İqtisadiyyat 10:06
Macarıstan “Drujba” kəməri ilə neft idxalını bərpa edib – nazir
Qızılın qiyməti bahalaşıb
İqtisadiyyat 09:51
Qızılın qiyməti bahalaşıb
SOCAR prezidenti “Arthur D. Little” şirkətinin rəhbəri ilə görüşüb
İqtisadiyyat 09:50
SOCAR prezidenti “Arthur D. Little” şirkətinin rəhbəri ilə görüşüb

Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:38
Azərbaycan nefti bahalaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:22
Bu günə olan məzənnə açıqlanıb
Azərbaycana süd və qaymaq idxalı 18 %-dən çox artıb
İqtisadiyyat 17:13
Azərbaycana süd və qaymaq idxalı 18 %-dən çox artıb
Azərbaycana qarğıdalı idxalı azalıb
İqtisadiyyat 16:19
Azərbaycana qarğıdalı idxalı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol