• $
  • £

"Forbes": Bakı və "Formula-1" ideal cütlük olub

28.07.2017 19:20
Azərbaycan maraqlı tədbirlər keçirir və ziyarət üçün bir sıra cəlbedici yeri var.

"Azərbaycan maraqlı tədbirlər keçirir və ziyarət üçün bir sıra cəlbedici yeri var."

"Report"un məlumatına görə, bu, "Forbes" nəşrində dərc edilmiş məqalədə deyilir.

"Şərq ilə Qərb görüşür. Tarix boyu çox yerlər iddia edirdi ki, məhz onlar bu mühüm mübadilənin məkanıdır. Onların çox az hissəsi Azərbaycan və onun paytaxtı Bakı qədər üstünlüklərə malikdirlər", - müəllif yazır.

Nəşr xatırladır ki, Bakıda 2012-ci ildə populyar "Eurovision" müsabiqəsi, 2015-ci ildə Avropa Olimpiya Komitəsinin dəstəyi ilə Avropa Oyunları, cari ildə isə İslam həmrəylik Oyunları üçün Yaxın Şərq, Asiya və Afrikanın 56 ölkəsindən atlet toplayıb. Bununla yanaşı, "Formula-1", Moda Həftəsi və Novruz Festivalı kimi tədbirlər Bakıya iki milyona qədər turist cəlb edir.

Yeni yaradılmış Milli Turizm Bürosunun direktoru Fuad Nağıyev nəşrə müsahibəsində vurğulayıb ki, Azərbaycan 90-dan çox ölkə üçün viza rejimini sadələşdirib: "İndi ərizə verərək üç saat ərzində onlayn viza ala bilərsiniz."

"Bakı və "Formula-1" ideal cütlük olub", - məqalənin müəllifi vunu xüsusi vurğulayaraq əlavə edib ki, Bakıda "Formula-1" yürüşü çərçivəsində 378 km/saatda sürət rekordu qoyulub.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
İdman 14:26
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
"Qarabağ"dan daha bir transfer
İdman 22:14
"Qarabağ"dan daha bir transfer
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
İdman 19:25
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
İdman 18:30
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
İdman 10:00
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
İdman 22:18
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
İdman 23:18
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb
İdman 19:29
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb

Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
İdman 10:04
Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol