• $
  • £

Leyla Əliyeva Rusiya ulduzlarını heyran etdi - FOTOLAR

Leyla Əliyeva Rusiya ulduzlarını heyran etdi -  FOTOLAR
29.05.2020 03:39
Azərbaycan prezidentinin qızı Bakıda keçirilən "Jara" musiqi festivalında heyran edib. İstiPress-in məlumatına görə, Leyla Əliyevanın səmimiliyi və gözəlliyi hətta Rusiya mətbuatının da gündəminə düşüb.

Bakıda keçirilən möhtəşəm festivalın ikinci günü Sofi Rotarunun 70 illik yubileyinə həsr edilib. Qonaqlar arasında Leyla Əliyeva da olub. O, tədbirə əkizləri ilə birlikdə qatılıb. 

Rusiya estradasının ulduzları belə 3 uşaq anasının səmimiliyi, mehribanlığı, onlarla dostcasına münasibətindən razı qalıblar. L.Əliyevanın gözəlliyi də cazibədar lduzların diqqətindən qaçmayıb. Heydər Əliyev Fondunun vitse prezidenti Bakıda olan qonaqlarla yaxından maraqlanıb, onlarla söhbət edib. Onlardan bəzilərinin ilk dəfə burada olduğu biləndə isə "əminəm ki, siz yenidən bura gələcəksiniz" deyə şəhərin gözəlliyindən bəhs edib. 

Bakıda "Sea Breeze Resort" istirahət mərkəzində ikinci "Jara" Beynəlxalq Musiqi Festivalı iyulun 27-də başlayıb. Dörd gün davam edəcək festivalın təşkilatçıları müğənni və musiqiçi Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, "Russkoye radio"nun və "Qızıl qrammofon" mükafatının təsisçisi Sergey Kojevnikovdur.

İyulun 29-da "Jara” Festivalının səhnəsini Filip Kirkorov, A'Studio, LOBODA, EMİN, Valeri Meldadze, Ani Lorak, Dima Bilan, Layma Vaykule, Kristina Orbakayte, Diana Arbenina, Aleksandr Panayotov, Slava, Aleksandr Revva, Vladimir Presnyakov, Fabrika, Albina Canabayeva, Maksim Qalkin, Qlyk'oz, Alessandro Safina, Stas Mixaylov, Oleq Qazmanov, Dmitri Malikov, Anjelika Aqurbaş, Darya Antonyuk və başqaları bölüşəcəklər. Konsertin ikinci hissəsində Alla Puqaçova ən çox sevilən mahnılarını ifa edəcək.

Festivalın sonuncu günündə - iyulun 30-da musiqi həvəskarlarını Qriqori Lepsin yaradıcılıq gecəsi gözləyir. Tamaşaçılara sürpriz duetlər, məşhur hitlərin yeni tərzdə ifası, bir-birindən parlaq musiqi nömrələri təqdim olunacaq. Həmin gün səhnəyə Sergey Lazarev, IOWA, Dima Bilan, Nərgiz, Valeri Meladze, LOBODA, Nikolay Baskov, Stas Mixaylov, Aleksandr Panayotov, Diana Arbenina, EMİN, Qlyuk'oza, Soso Pavliaşvili, Stas Pyexa, Lolita, Aleksandr Marşal və başqaları çıxacaqlar.

Xatırladaq ki, "Jara-2017”nin aparıcıları Yana Çurikova, Andrey Malaxov və Maksim Qalkindir.
 








www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İTV "Avroviziya-2026"da təmsilçi və mahnı seçimi ilə bağlı müzakirələrə münasibət bildirib
Mədəniyyət 21:30
İTV "Avroviziya-2026"da təmsilçi və mahnı seçimi ilə bağlı müzakirələrə münasibət bildirib
Türkiyədə Pasxa tətili – inanc, tarix və baharın gözəlliyi bir arada -FOTOLAR
Mədəniyyət 12:52
Türkiyədə Pasxa tətili – inanc, tarix və baharın gözəlliyi bir arada -FOTOLAR
Azərbaycanda milli teatrın yaranmasının 153-cü ildönümü qeyd olunur
Mədəniyyət 09:45
Azərbaycanda milli teatrın yaranmasının 153-cü ildönümü qeyd olunur
Ərdoğan: İran böhranı ilə bağlı bütün ehtimalları nəzərdən keçiririk
Mədəniyyət 20:25
Ərdoğan: İran böhranı ilə bağlı bütün ehtimalları nəzərdən keçiririk
“Avroviziya 2026”da Azərbaycan təmsilçisi məlum olub
Mədəniyyət 18:27
“Avroviziya 2026”da Azərbaycan təmsilçisi məlum olub
İstanbulun məşhur abidələrindən kənarda: Yedikule və Samatyanın gizli irsi -FOTOLAR
Mədəniyyət 12:49
İstanbulun məşhur abidələrindən kənarda: Yedikule və Samatyanın gizli irsi -FOTOLAR
Türkiyənin 29-cu “Sakit Şəhəri”: Kapadokiyanın Ortahisarı Cittaslow şəbəkəsinə qoşuldu
Mədəniyyət 12:47
Türkiyənin 29-cu “Sakit Şəhəri”: Kapadokiyanın Ortahisarı Cittaslow şəbəkəsinə qoşuldu
"Sonsuz dəhliz” filminin əsl müəllifi kimdir?
Siyasət 13:51
"Sonsuz dəhliz” filminin əsl müəllifi kimdir?
Mahnı və Rəqs Ansamblına direktor-baş dirijor təyin olunub
Mədəniyyət 20:00
Mahnı və Rəqs Ansamblına direktor-baş dirijor təyin olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol