• $
  • £

Azərbaycanlı məktəblilər erməniləri məğlub ediblər

Azərbaycanlı məktəblilər erməniləri məğlub ediblər
02.08.2017 11:17
Bakı məktəbliləri Gürcüstanın Batumi şəhərində keçirilən idmanın döyüş növləri üzrə beynəlxalq turnirdə uğurlu nəticə əldə ediblər.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Modern.az-a verilən məlumata görə, yarışın final mərhələsində məktəblilərdən 3-ü fəxri kürsünün ilk pilləsinə qalxıb, 1-i III yeri tutub.

Turnirdə idarənin tabeliyindəki 246 nömrəli məktəb-liseyin XI sinif şagirdi Ramazan Abdullayev K-1 qaydaları üzrə keçirilən döyüşlərdə I yerə layiq görülüb. O, 55 kiloqram çəki dərəcəsində ardıcıl olaraq 2 erməni idmançısını vaxtından əvvəl məğlub edib.

Kikboksinq idman növü üzrə həmin məktəb-liseyin V sinif şagirdi Miryəhya Seyidov 35, 205 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Vüqar Ramazanov 51 kiloqram çəki dərəcəsində I yerə sahib olub. Onlar da Ermənistandan olan həmyaşıdları üzərində qələbə qazanıblar. "Kaspi” liseyinin VII sinif şagirdi Sənan Seyidov isə kikboksinq idman növü üzrə 50 kiloqram çəki dərəcəsində Gürcüstan təmsilçisi ilə qarşılaşmanı III yerlə kifayətlənərək başa vurub.

Qaliblərə medal və diplom təqdim edilib.

Yarışa Azərbaycanla yanaşı, Gürcüstan, Türkiyə, Rusiya, Pakistan, Əfqanıstan, İran, Ukrayna, Ermənistan və digər ölkələrdən olan idmançılar qatılıblar. 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
İdman 14:26
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
"Qarabağ"dan daha bir transfer
İdman 22:14
"Qarabağ"dan daha bir transfer
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
İdman 19:25
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
İdman 18:30
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
İdman 10:00
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
İdman 22:18
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
İdman 23:18
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb
İdman 19:29
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb

Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
İdman 10:04
Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol