• $ 1.7
  • € 1.9921
  • ₽ 0.02128
  • ₺ 0.0397
  • £ 2.2735

İrandan Azərbaycana Qarabağ təhdidi

İrandan Azərbaycana Qarabağ təhdidi
08.08.2017 13:33
"İran Dağlıq Qarabağ münaqişəsinə üçüncü qüvvələrin müdaxiləsi dedikdə əsasən Türkiyəni və qismən də ABŞ-ı nəzərdə tutur”.

İstiPress-ə bu barədə Azərbaycanın keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli İran Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi Bəhram Qasıminin bəyanatını müzakirə edərkən bildirib.

Ermənistan prezidenti Serj Sarkisyanın Tehran səfərindən sonra verilmiş bəyanatda Qasimi Ermənistan və Azərbaycanı dialoqa çağırıb.  Həmçinin bildirib ki, münaqişənin həlli prosesinə üçüncü qüvvələrin cəlb olunması Tehran üçün "daimi narahatlıq” mövzusudur.

"Qasımi dəqiq danışmayıb və onun bəyanatı, təbii ki, Rusiyanın mövqeyindən heç nə ilə seçilməyib. Əslində, o, münaqişənin həlli üzrə BMT-nin indiyıə kimi verdiyi 4 qətnamənin icrasını tələb etməli idi. Ermənistanın qeyri-konstruktiv mövqe tutması bu qətnamələrin icrasına mane olur. Əgər hər hansı üçünücü qüvvə Ermənistanı bu qətnamələrin icrasına məcbur edərsə, bunda beynəlxalq hüquqi zidd nə var ki?”- deyə Qabil Hüseynli bildirib.

Əslində, Türkiyənin Rusiyadan S-400 raketləri alaraq Ermənistan sərhəddinə yerləşdirməsi ola bilər ki, İranı narahat edir. Çünki bu raketlər İranı da hədəfə ala bilər. Ola bilər ki, Serj Sarkisyan Tehranda məhz bu məsələni qabardıb və İranın Türkiyə əleyhinə çıxmasına çalışıb.

Lakin politoloq Tofiq Abbasov İstiPress-ə müsahibəsində İran XİN-təmsilçisinin bu bəyanatının "sülhməramlı nüvvələr” adı altında regiona yerləşmək istəyən üçüncü qüvvələrə qarşı yönələ biləcəyini  düşünür.

"Ermənistan çalışır ki, qoşunların təmas xəttinə sülhməramlı  adı altında üçüncü qüvvələri cəlb eləsin. Bu, Cənubi Osetiya və Abxaziyada olduğu kimi status-kvonun betonlaşması demək olardı. O zaman Azərbaycan öz torpaqlarını azad etmək üçün həmin sülhməramlıları keçməli olardı. 2008-ci ildə Gürcüstan hüquqi ərazisi olan Cənubi Osetiyaya girən zaman Rusiya bunu bəhanə edərək müharibəyə başladı. Yəni bölgəyə üçüncü qüvvələrin yerləşdirilməsi Azərbacyan üçün əlverşli deyil”,- deə Tofiq Abbasov vurğulayıb.

Ümumiyyətlə, Tehranın Qarabağ münaqişəsi ilə bağlı bəyanatlarının tarixçəsi göstərir ki, bu şəhər Azərbaycan üçün bu məsələdə uğur gətirmir. Elə Şuşa da 1992-ci ildə Tehranda Ermənistan - Azərbaycan danışıqlarından az sonra itirildi. Yəni bu acı tarixi unutmaq olmaz.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya taxılı Azərbaycan vasitəsilə Ermənistana göndərilir
Siyasət 14:13
Rusiya taxılı Azərbaycan vasitəsilə Ermənistana göndərilir
Onlar şəhid sayıla bilməz - Deputat Azərbaycan vətəndaşlarına müraciət edib
Siyasət 12:35
Onlar şəhid sayıla bilməz - Deputat Azərbaycan vətəndaşlarına müraciət edib
Həştərxanın qubernatoru Prezident İlham Əliyevi təbrik edib
Siyasət 12:27
Həştərxanın qubernatoru Prezident İlham Əliyevi təbrik edib
Deputatlar parlamentdə Prezidenti təbrik ediblər
Siyasət 12:02
Deputatlar parlamentdə Prezidenti təbrik ediblər
Ceyhun Bayramov Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibini qəbul edib
Siyasət 21:40
Ceyhun Bayramov Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibini qəbul edib
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
Siyasət 21:32
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
Azərbaycan və Türkiyə yeni 110-bəndlik fəaliyyət planını təsdiqləyəcək – Baş nazir
Siyasət 16:39
Azərbaycan və Türkiyə yeni 110-bəndlik fəaliyyət planını təsdiqləyəcək – Baş nazir
İki kollecə yeni təyinat olub
Siyasət 15:30
İki kollecə yeni təyinat olub
2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan olundu- Sərəncam
Siyasət 13:16
2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan olundu- Sərəncam
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol