• $ 1.7
  • € 1.9877
  • ₽ 0.021931
  • ₺ 0.0381
  • £ 2.2818

Uaskaran dağının zirvəsindən tullanmış ilk insan – VİDEO

Uaskaran dağının zirvəsindən tullanmış ilk insan – VİDEO
09.08.2017 13:00
Rusiyalı alpinist Valeri Rozov dəniz səviyyəsindən hündürlüyü 6768 metr olan, Peruda yerləşən Uaskaran dağının zirvəsindən beyscampinq yerinə yetirmiş ilk insan oldu.

anews.az xəbər verir ki, Uaskaranın zirvəsindən rusiyalı idmançının yerinə yetirdiyi tullanış Cənubi Amerika üçün rekorddur. 

Dağa qalxmaq üçün Rozova beş gün lazım oldu. Cənub zirvəsində tez-tez qar uçqunları baş verdiyi üçün o, əsasən, gecə vaxtı, buz donandan sonra yuxarı qalxırdı. Rozov dağın ən hündür zirvəsindən 50 metr aşağıdakı nöqtədən tullanaraq dəqiqə yarım ərzində 2000 metr uçduqdan sonra 4800 metr hündürlükdən yerə endi.

Rusiyalı alpinist bu beyscampinqi "Dünyanın yeddi zirvəsi” layihəsi çərçivəsində yerinə yetirdi. Layihə bu tip tullanışlara uyğun olan dünyanın ən hündür zirvələrindən tullanmağı nəzərdə tutur.

"Layihənin ideyası 2015-ci ildə Kilimancaro dağından tullandıqdan dərhal sonra yarandı. Beləliklə, mən bütün materiklərdəki ən hündür mümkün nöqtələrdən beyscampinq yerinə yetirmək ideyamı inkişaf etdirməyə davam edirəm. Hər tullanışımla, əslində, ilk növbədə özüm-özümə meydan oxuyuram”, – deyə alpinist bildirir.

Rozov 2009-cu ildə Avropadakı Elbrusdan (4650 metr), 2010-cu ildə Antarktidadakı Ulvetanna dağının zirvəsindən (2650), 2015-ci ildə isə Afrikadakı Kilimancarodan (5460) tullanıb. 2015-ci ildə o, Asiyadakı beyscampinq mümkün olan ən yüksək nöqtədən – 7700 metrlik Ço-Oyyu zirvəsindən tullanmaqla beyscampinq yerinə yetirilmiş yüksəklik üzrə dünya rekorduna imza atıb. Rozov hələ ki yalnız Avstraliya və Şimali Amerikanın ən yüksək zirvələrindən tullanmayıb.

Rusiyalı alpinist 26 dekabr 1964-cü ildə anadan olub. O, paraşüt idmanı üzrə ikiqat dünya çempionu, Avropa çempionatı və Dünya Kubokunun qalibi, alpinizm üzrə Rusiya çempionu, paraşüt idmanı üzrə hazırkı dünya rekordçusudur.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol