• $ 1.7
  • € 1.9921
  • ₽ 0.02128
  • ₺ 0.0397
  • £ 2.2735

Rusiya zərbə briqadalarını sərhəddə toplayır - MÜHARİBƏ YAXINLAŞIR

Rusiya zərbə briqadalarını sərhəddə toplayır - MÜHARİBƏ YAXINLAŞIR
09.08.2017 13:06
"Rusiya Ukrayna ilə sərhəddə qoşunların zərbə briqadalarını toplayır”.

Publika.az xəbər verir ki, bu haqda Ukrayna Silahlı Qüvvələrinin Baş qərargah rəhbəri Viktor Mujenko "Liqa.net” saytına müsahibəsində deyib.

"Sərhəddə yaradılan üç yeni diviziyadan söhbət gedir. Bunlar 144-cü, 3-cü və 150-ci motoatıcı diviziyalardır. Onların formalaşması 2016-cı ildə başlanıb”, - Mujenko qeyd edib.

Onun sözlərinə görə, bu diviziyalar bilavasitə Ukrayna-Rusiya sərhədindədir:

"Həmçinin Rusiya Silahlı Qüvvələrinin Cənub hərbi dairəsinin 8-ci ümumqoşun ordusu formalaşdırılıb. 

Bu onu göstərir ki, Ukrayna-Rusiya sərhədində müəyyən hərbi qruplaşmalar yaradılır”.

Daha əvvəl Rusiya Silah Qüvvələri Baş qərargahındakı yüksək vəzifəli mənbəyə istinadən "Kommersant” nəşrinin yazdığına görə, Rusiya prezidenti Vladimir Putin 8-ci ümumqoşun ordusunun komandanlığını təyin edib.

2018-ci ildən 8-ci orduya general-mayor Sergey Kuzovlev komandanlıq edəcək. General-mayor Oleq Sekov qərargah rəhbəri və Kuzovlevin birinci müavini təyin edilib. O, Transqafqaz, Zabaykal, Sibir və Şimali-Qafqaz hərbi dairələrində, həmçinin Monqolustanda xidmət edib.

8-ci ümumqoşun ordusu cənub-qərb strateji istiqamətində, hər şeydən əvvəl Ukrayna ilə sərhəddə təhlükəsizliyin təmin olunmasında əsas rol oynayacaq.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Onlar şəhid sayıla bilməz - Deputat Azərbaycan vətəndaşlarına müraciət edib
Siyasət 12:35
Onlar şəhid sayıla bilməz - Deputat Azərbaycan vətəndaşlarına müraciət edib
Həştərxanın qubernatoru Prezident İlham Əliyevi təbrik edib
Siyasət 12:27
Həştərxanın qubernatoru Prezident İlham Əliyevi təbrik edib
Deputatlar parlamentdə Prezidenti təbrik ediblər
Siyasət 12:02
Deputatlar parlamentdə Prezidenti təbrik ediblər
Ceyhun Bayramov Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibini qəbul edib
Siyasət 21:40
Ceyhun Bayramov Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibini qəbul edib
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
Siyasət 21:32
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
Azərbaycan və Türkiyə yeni 110-bəndlik fəaliyyət planını təsdiqləyəcək – Baş nazir
Siyasət 16:39
Azərbaycan və Türkiyə yeni 110-bəndlik fəaliyyət planını təsdiqləyəcək – Baş nazir
İki kollecə yeni təyinat olub
Siyasət 15:30
İki kollecə yeni təyinat olub
2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan olundu- Sərəncam
Siyasət 13:16
2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan olundu- Sərəncam
Cevdet Yılmaz Azərbaycana gəlib
Siyasət 12:43
Cevdet Yılmaz Azərbaycana gəlib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol