• $
  • £

Ramil Quliyev: “İstəsələr, Azərbaycana qayıtmağa hazıram”

Ramil Quliyev: “İstəsələr, Azərbaycana qayıtmağa hazıram”
11.08.2017 16:42
"Prezident İlham Əliyevə mənə ünvanladığı təbrikə görə dərin təşəkkürümü bildirirəm. Bu, mənim üçün qürurvericidir”.

Anews.az xəbər verir ki, bunu AzVision.az-a açıqlamasında Londonda keçirilən yüngül atletika yarışında dünya çempionu olan Ramil Quliyev deyib.

Türkiyəni təmsil edən atlet "Azərbaycana qayıtmaq istərdinizmi?” sualına "Əgər istəsələr, mən hər zaman qayıtmağa hazıram”- deyə cavab verib.

"Bu, təkcə mənim yox, bütün Azərbaycan xalqının qələbəsidir. Çox sevinirəm. Bilirdim ki, xalqım məni dəstəkləyəcək. Bunu hiss edirdim. Mənə dəstək olan hər kəsə təşəkkür edirəm. Mən azərbaycanlıyam. Azərbaycan və Türkiyə bir millət iki dövlətdir. Ona görə də hər iki dövlətin bayrağını dalğalandırdım. Bu, mənim üçün fəxrdir”

Qeyd edək ki, Türkiyəni təmsil edən azərbaycanlı idmançı Ramil Quliyev Londonda keçirilən yüngül atletika yarışında dünya çempionu adını qazanıb. Ramilin qələbəsi Türkiyədə böyük sevinclə qarşılanıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan prezidenti İlham Əliyev və digər dövlət məmurları azərbaycanlı idmançını qazandığı qələbə münasibətilə təbrik ediblər.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
İdman 14:26
UFC döyüşçüsü Rafael Fiziyev Bakıya gəlib
"Qarabağ"dan daha bir transfer
İdman 22:14
"Qarabağ"dan daha bir transfer
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
İdman 19:25
“Qarabağ”ın ilk rəqibi müəyyənləşib
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
İdman 18:30
“Sabah”ın ÇL-dəki rəqibi müəyyənləşib
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
İdman 10:00
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
İdman 22:18
Futbol üzrə 2026-cı il dünya çempionatının açılış mərasimi keçirilir
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
İdman 23:18
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunun 1/4 finalında
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb
İdman 19:29
Avropa çempionu olan Azərbaycanın minifutbol yığması Vətənə qayıdıb

Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
İdman 10:04
Prezident Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol